Tədbirdə çıxış edən Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli layihə barədə məlumat verib. Bildirib ki, “Yumşaq bacarıqlar” (Soft skills) üzrə təlimlər İsraildə bu istiqamətdə təlim keçmiş UNEC müəllimləri tərəfindən 4 modul üzrə aparılıb. “Vaxtın idarə edilməsi bacarığı”, “Ünsiyyət bacarığı”, “Komandada əməkdaşlıq bacarığı”, “Problemlərin həlli” üzrə təşkil olunan təlimləri 194 nəfər akademik, 278 nəfər inzibati heyət uğurla başa vurub.
UNEC rektoru professor Ədalət Muradov təlim iştirakçılarını təbrik edərək, müəllimlərin beynəlxalq təcrübə əsasında əldə etdikləri bilik və bacarıqların tədrisin keyfiyyətinə müsbət təsir edəcəyindən əminliyini ifadə edib. Dəyişən dünyada dəyişməyən bacarıqlara tələbin getdikcə artdığını deyən rektor, müəllimlərin tədris etdikləri fənn üzrə müasir bilik və bacarıqlara sahib olmalarının əhəmiyyətindən danışıb. “Yumşaq bacarıqlar”ın davamı olaraq, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması ilə bağlı təlimlərə yaxın zamanda start veriləcəyini deyib.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
*
https://news.unec.edu.az/xeber/100-elm/9735-bold-red-unec-in-500-e-yaxin-emekdashi-soft-skills-telimleri-uzre-sertifikat-gazandi-bold-red