UNEC-in rektoru professor Ədalət Muradovla görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Prof. Ədalət Muradov UNEC-in dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları reallaşdırdığını və əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, Türkiyə universitetləri ilə də əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Müzakirələrdən sonra UNEC ilə Bahçeşehir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda müəllim və tələbə mübadiləsi, birgə proqram və layihələrin hazırlanması, elmi-tədqiqatların aparılması, seminar və beynəlxalq konfransların keçirilməsi, eləcə də digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
*
https://news.unec.edu.az/xeber/125-universitet/10273-bold-red-unec-ile-turkiyenin-bahcheshehir-universiteti-arasinda-memorandum-imzalanib-bold-red