UNEC-in Çin Xalq Respublikasında tanınması və həmin ölkədən olan yerli, əcnəbi tələbələrin universitetə cəlb olunması məqsədilə təşkil olunan görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova, Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova və şöbənin mütəxəssisi Fəridə İsmayılova iştirak ediblər.
N.Muradlı şirkət nümayəndələrinə UNEC-in beynəlxalq əlaqələrindən söz açıb. UNEC-in xarici dövlətlərdə tanınmasının və əcnəbi tələbələrin sayının artırılmasının universitetin strateji əlaqələrindən olduğunu bildirib.
Sonra tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub və müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Modern China” şirkəti ilə UNEC əcnəbi tələbələrin universitetə cəlb olunması, Çin universitetləri ilə əlaqələrinin qurulması və tələbələrin təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq edəcək.
*
https://news.unec.edu.az/xeber/124-beynelxalg-emekdashlig/10653-unec-chin-universitetleri-ile-elageleri-genishlendirir