*

UNEC Rəqəmsal Könüllülər Təşkilatının sədri
Ərəbi Əsədullah Seyid Hadı oğlu
*

Ünvan:  III tədris binası, otaq B28
*

UNEC Rəqəmsal Könüllülər Təşkilatının xəbərləri UNEC News-da

reqemsal_logo_2310

UNEC Rəqəmsal Könüllüləri Təşkilatı haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1.   “Rəqəmsal Könüllülər” Təşkilatı (bundan sonra Təşkilat) rəqəmsal bacarıqları olan tələbələrin üzvlüyü əsasında Azərbaycan Dövlət İqtisad Universitetində (bundan sonra UNEC) yaradılan təşkilatdır.

1.2.   “Rəqəmsal Könüllülər” Təşkilatına UNEC tələbələri üzv olmaqla texniki sahələrdə könüllü fəaliyyətin iştirakçısı ola bilər.

1.3.   Təşkilatın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarəetmə prinsipləri əsasında qurulur.

1.4.   Təşkilat öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin müvafiq qərar, əmr, sərəncamlarını, universitetin Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.

1.5.   Təşkilat hüquqi şəxs statusuna malik deyil.

1.6.   Təşkilatın öz loqosu və üzərində bu loqonun əksi olan blankı, habelə bayrağı ola bilər.

 

II. Təşkilatın məqsəd və vəzifələri

2.1.   Təşkilatın yaradılmasında əsas məqsəd tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsini, universitetin professor-müəllim, tələbə heyətinə və əməkdaşlarına texniki dəstəyin göstərilməsini təmin etməkdən, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən və tələbələrdə ilkin əmək vərdişlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə köməklik etməkdən ibarətdir.

2.2.   Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək;

2.2.2. Universtetin professor-müəllim, tələbə heyətinə və əməkdaşlarına texniki dəstəyin  göstərilməsini təmin etmək;

2.2.3. UNEC-in professor-müəllim və tələbələri üçün rəqəmsal texnologiyalar sahəsində maarifləndirici dəstəyin göstərilməsini təmin etmək;

2.2.4. Professor-müəllim heyətinin sosial media hesablarından effektiv istifadəsinə dair dəstəyin göstərilməsini təmin etmək;

2.2.5. Tələbələrdə ilkin əmək vərdişlərinin formalaşdırılması istiqamətində sistemli iş aparılması.

 

III.    Təşkilatın üzvlərinin hüquq və vəzifələri

3.1.   Könüllülərin hüquqları:

3.1.1. Təşkilatın fəaliyyəti haqqında məlumat əldə etmək;

3.1.2. Könüllü fəaliyyətini tənzimləyən qaydalara uyğun olaraq könüllünün həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin norma və qaydaları haqqında təlim keçirilməsini təşkilatdan tələb etmək;

3.1.3. Könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında təşkilatdan informasiya əldə etmək;

3.1.4. Təşkilatın könüllülük fəaliyyəti haqqında informasiyasını ictimailəşdirmək;

3.1.5. Görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyəti təsdiq edən müvafiq sənədi təşkilatdan tələb etmək;

3.1.6. Təşkilat tərəfindən həyata kеçirilən tədbirlərdə iştirak еtmək;

3.2.   Könüllülərin vəzifələri:

3.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;

3.2.2. Təşkilatdaxili intizam, o cümlədən etik davranış qaydalarına riayət etmək;

3.2.3. Təşkilatın tələbi ilə könüllü fəaliyyət haqqında hesabat təqdim etmək;

3.2.4. Təşkilatın əsasnaməyə uyğun göstərişlərinə əməl etmək;

3.2.5. Təşkilata və dövlət əmlakına vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

3.2.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq;

3.2.7. Dövlət əmlakına diqqət və qayğı ilə yanaşmaq.

*

IV. Təşkilatın strukturu və fəaliyyət istiqamətləri

4.1.   Təşkilatın tərkibində müvafiq struktur bölmələr yaradıla bilər.

4.2.   Təşkilatın fəaliyyətinin tənzimlənməsi təşkilat rəhbərliyi tərəfindən həyata keçirilir.

4.3.   Təşkilatın tərkibində İdarə Heyəti yaradılır. Təşkilatın  strukturunda ümumi yığıncaq ali orqan hesab edilir.

4.3.1. Ümumi yığıncaq semestrdə bir dəfədən az olmayaraq keçirilir. Təkliflər sadə səs  çoxluğu əsasında qəbul edilir.

4.3.2. Görülən işlər barədə İdarə Heyətinin sədrinin hesabatı dinlənilir.

4.4.   Təşkilat çərçivəsində görülmüş işlərə ümumi yığıncaqda yekun vurulur. Uğurlu fəaliyyəti ilə fərqlənən tələbələrin mükafatlandırılması və rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir.

4.5.   Təşkilat görülmüş işlər barədə universitet rəhbərliyinə hesabat verir və rəhbərliyin təkliflərini nəzərə alır.

4.6.   Təşkilata rəhbərlik təşkilatın İdarə heyəti tərəfindən həyata keçirilir.

4.7.   Təşkilatın fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur:

4.7.1. Tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək;

4.7.2. Şəhid və qazi övladlarının İT bacarıqlarını artırmaq;

4.7.3. Təhsildə faydalı elektron informasiya resurslarından istifadə etmək;

4.7.4. Rəqəmsal biliyin artırılması məqsədilə innovativ ödəniş texnologiyalarını təbliğ etmək;

4.7.5. Müraciət edildiyi təqdirdə texniki dəstəyin  göstərilməsini təmin etmək;

4.8.   Təşkilatın fəaliyyətinə nəzarət UNEC rəhbərliyi tərəfindən həyata keçirilir.

4.9.   Təşkilatın funksiyalarına daxildir:

4.9.1. Təşkilatın universitetdə tanınmasının təmin edilməsi;

4.9.2. Tələbələrin universitet daxilində Könüllü fəaliyyətə cəlb edilməsi.

 

V. Təşkilatın idarəetmə orqanları

5.1.   İdarə heyəti, hər fakültədən 1 nəfər olmaqla irəli sürülən tələbələrdən formalaşdırılır.

5.2.   Təşkilatın sədri, İdarə Heyəti üzvləri arasından seçilir.

5.3.  İdarə heyətinin tərkibinə Təşkilatın sədri, onun müavinləri və müvafiq qərarla digər tələbələr daxil edilir.

5.4.   Təşkilatın İdarə heyəti:

5.4.1. Təşkilatın üzvlüyünə qəbul edir və azad edir.

5.4.2. Təşkilatın əsas fəaliyyət planlarını təsdiq edir.

5.4.3. Müvafiq layihələr üzrə təkliflər irəli sürür.

5.4.4. Universitetin filialında təşkilatın nümayəndəliyini açır.

 

VI. Təşkilatın təsis olunması və ləğv edilməsi

6.1. Təşkilat universitetdə UNEC-in Elmi Şurasının qərarı və rektorun əmri əsasında yaradılır və ləğv edilir.

2023-2024-cü illərdə Rəqəmsal Könüllülər Təşkilatının sədri Cəfərisadiq İbrahimov olub.

01.06.2024-cü il tarixdən 01.06.2025-ci il tarixədək UNEC Rəqəmsal Könüllülər Təşkilatının sədri Əsədullah Ərəbi  (Türk Dünyası İqtisad fakültəsi, qr. 264M) seçilib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna