Kafedra müdiri: Prof. Həsənov Əli Pənah oğluÜnvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus) |
“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrası “Əmtəəşünaslıq” kafedrasının bazasında, onun iki yerə ayrılması ilə 1967-ci ildən fəaliyyət göstərir. 1967-1976-cı illərdə kafedraya görkəmli Azərbaycan əmtəəşünas-alimi, dosent Soltan Salmanov rəhbərlik etmişdir. Kafedraya 1976-1985-ci illərdə t.e.n., dosent Cavanşir Vəliməmmədov, 1985-1992-ci illərdə prof. Əli Pənah oğlu Həsənov, 1992-1994-cü illərdə dos. Nurəddin Həsənov, 1994-2008-ci illərdə tex.e.n., dos. C.M.Vəliməmmədov, 2008-2014-cü illərdə tex.e.n., dos. S.İ.Abdullayeva rəhbərlik etmişlər.
2009-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi yeni ixtisas istiqamətinə əsasən kafedra “İstehlak mallarının ekspertizası” kafedrası ilə birləşərək “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” adlandırılmışdır.
Kafedrada 2 ixtisas üzrə: “Qeyri-ərzaq malları əmtəəşünaslığı” və “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisasları üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr pilləsində 11 fənn, “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisası üzrə isə 12 fənn tədris olunur. Hər iki ixtisas üzrə magistr hazırlanır. Magistratura pilləsində kafedrada 6 fənn tədris edilir.
“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedrasının nəzdində fəaliyyət göstərən tədris laboratoriyalarında mövcud olan cihaz, avadanlıqlar, həmçinin əyani vəsaitlər tədris planında nəzərdə tutulmuş mühazirə və laboratoriya məşğələlərinin qənaətbəxş səviyyədə keçirilməsinə imkan verir.
Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə kafedranın əməkdaşları tərəfindən onlarla dərslik, dərs vəsaitləri, proqram, metodik göstərişlər hazırlanmış və nəşr edilmişdir.
Kafedranın professor-müəllim heyəti ixtisas kurslarının tələbələrini elmi işlərə cəlb edirlər. Hər il 18-20 tələbə elmi işlərin aparılmasında iştirak edir və öz məruzələrinin tezislərini konfransların materiallarında çap etdirirlər. Bu tələbələrin əksəriyyəti öz təhsillərini sonradan magistraturada davam etdirir.
Kafedra aşağıdakı təşkilat və müəssisələrlə sıx əməkdaşlıq edir:
Bu təşkilatlarda tələbələr istehsalat təcrübəsi keçir, buraxılış işləri üzrə materiallar toplayır, nəzəri biliklərini təcrübə ilə birləşdirirlər. Onların aparıcı mütəxəssisləri istehsalat tərəfindən bizim təcrübəyə göndərdiyimiz tələbələrə rəhbərliyi həyata keçirirlər.
Kafedra Müstəqil Dövlətlər Birliyinin bir sıra ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Onlardan Q.V.Plexanov adına Moskva İqtisadiyyat Akademiyası, Moskva Kooperativ Universiteti, Moskva Toxuculuq Universiteti, Tbilisi və Kutaisi Dövlət Universitetlərini göstərmək olar.
tex.e.n., dos. Əhmədov Əhməd-Cabir İsmayıl
b.e.n. dos. Mirzəyev Gəray Surxay
tex.e.n., dos. İsfəndiyarov Sabir Hüseynalı
tex.e.n., dos. Hüseynov Azər Ədalət
tex.e.n., dos. Musayev Nizami Xıdır
b.e.n., dos. Əhmədov Mahmud Allahverdi
bio.f.d., b/m. Quliyeva Fəridə Rahib
bio.f.d., b/m. Quliyeva Lalə Vəkil
b/m. Hadıyeva Sahilə İsmayıl
b/m. Həsənova Gülnaz Gülağa
i.f.d., b/m. Kərimova Maya Cavanşir
b/m. Əhmədova Sevda Ömər
b/m. Babayeva Bəyim Qurban
müəl. Əkbərova Fəridə Akif
müəl. Quliyeva Sənubər Abdulla
müəl. Mustafayeva Kəmalə Əsgər
tex.e.n., prof. Həsənov Əli Pənah (kafedra müdiri)
tex.e.n., prof. Səidov Rasim Əzim
tex.e.n. dos. Abdullayeva Svetlana İdris
tex.e.n. dos. Həsənov Nurəddin Nəsir
tex.e.n. dos. Osmanov Tofiq Ramazan
tex.e.n. dos. Babayev Mülkəsahib Ağabayram
tex.e.n. dos. Nəsirova Zemfira Hətəmxan
k.e.n. dos. Nağıyev Zərdabi Murad
k.e.n. dos. Məmmədov Oktay
tex.e.n. dos. Səmədov Elçin
tex.f.d., b/m. Alverdiyeva Nazilə Fərman
b/m. Abbasova Xumar Məmməd (AzDİU-nun fəxri dosenti)
b/m. Əsgərova Xalidə İsmayıl
b/m. Əliyeva Zənurə Həsrət
b/m. Abbasova Sevinc Məhəddin
b/m. Məmmədov Azər İsmayıl
b/m. Manafova Şəfa Şahin
b/m. Cəfərova Afət Məstan
b/m. Musayeva Vüsalə Hacı
b/m. Allahverdiyeva İlhamə Fəxrəddin
b/m. Neymətova Ülkər Vaqif
b/m. Zeynalova Mehriban Süleyman
b/m. Cəfərova Yeganə Nurəddin
i.e.n. müəl. Məmmədova Nigar Oktay
müəl. Cabbarova Qənirə Zərgər
müəl. Hüseynova Aynurə Yadigar
müəl. Həsənova Aynurə Fəxrəddin
müəl. Məhərrəmova Samirə Sabir