“Radio UNEC”-də yeni layihəyə start verilib. Hər həftənin cümə axşamı, saat 21:30-da efirə gedəcək “Vizyon” verilişində universitetdə həyata keçirilən mühüm yeniliklər, strateji nəaliyyətlər, təhsil müəssisəsinin missiyasına doğru atılan addımlar müzakirə ediləcək.
İnteraktiv müzakirə formasında təşkil olunacaq verilişə universitetin missiya və vizyonun, həmçinin marketinq strategiyasının uğurla reallaşdırılmasında rolu olan qonaqlar dəvət olunacaq.
“Vizyon” verilişinin müəllifi və aparıcı UNEC-in Marketinq və Kommunikasiya Departamentinin marketinq üzrə mütəxəssisi Ramil Cabbarovdur.
“Radio UNEC”-də veriliş hazırlamaq istəyən tələbələr [email protected] ünvanına yaza, yaxud (012) 505-57-82, (012) 497-58-63 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.