Noyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və Dizayn fakültəsində “Coxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Sumqayıt şəhərində yerləşən “Gilan Tekstil” parkında olublar.
Tələbələr müəssisədəki sap istehsalı, toxuculuq, boyaq-bəzək və tikiş istehsalatlarında olmaqla bu istehsalatlarda quraşdırılmış Almaniya və Belçika istehsalı olan ən müasir texnologiyalara malik texnoloji proseslərlə tanış olublar. Tələbələrə bildirilib ki, müəssisədə çalışan mühəndis-texniki işçilərin əksəriyyəti Texnologiya və Dizayn fakültəsinin məzunlarıdır. Fakültənin tekstil mühəndisliyi üzrə məzunlarına ehtiyacları olduğunu bildirən müəssisə rəhbərliyi, gələcəkdə kadr ehtiyaclarını məhz UNEC-in məzunları hesabına ödəyəcəklərini söyləyib. UNEC-lə sıx əməkdaşlıq etmək arzusunda olduqlarını bildirərək, tələbələrin “Gilan Tekstil”də istehsalat təcrübələri keçmələri üçün UNEC-lə müqavilə bağlayacaqlarını qeyd ediblər.