UNEC-in SABAH tələbələri müəllim seçimində sərbəstdir

24 NOYABR 2015 | VIEWS:

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH mərkəzinin rəhbəri Aida Quliyevadır.

-Aida xanım, artıq ikinci ildir ki, UNEC-də SABAH qrupları fəaliyyət göstərir.Bu müddət ərzində hansı uğurlar əldə edilib və hansı yeniliklər var?

-Bəli, ikinci ildir ki, universitetimizdə SABAH qrupları fəaliyyət göstərir. Yeni tədris ilində bu qruplara 264 tələbə qəbul olunub. Ümumilikdə isə UNEC-in SABAH qruplarında 483 tələbə təhsil alır.

SABAH-da həm tədris, həm də tələbələr fərqlidir. Fərqlilik ondan ibarətdir ki, onlar yenilik ardınca bura gəliblər. Hər tələbənin özünün layihəsi, yanaşması və tələbi var. Bu, artıq yeniliklərin başlanması deməkdir. SABAH qruplarında dərclər paralel olaraq iki dildə tədris olunur: həm Azərbaycan, həm ingilis dilində. Sözün doğrusu, mən dekan olaraq dərslərin iki dildə keçirilməsinə tərəddüdlə yanaşırdım, tələbələr üçün çətin olacağını düşünürdüm. Lakin nəticələr məni sevindirdi. Məsələn, SABAH-ın müəllimlərindən Səbuhi müəllim iqtisadi hüquq dərsini Azərbaycan dilində tədris edir, tələbələr ona heyrandırlar, çox sevirlər. Ramin Danyarov makroiqtisadiyyatı ingilis dilində keçir. Tələbələr iqtisadi hüququ Azərbaycan dilində, makroiqtisadiyyatı isə ingilis dilində öyrənirlər. Mən görürəm ki, həqiqi bilik verilən yerdə tədrisin hansı dildə olmasının əhəmiyyəti olmur. Amma ingilis dilində tədrisin üstünlüyü ondadır ki, SABAH-da ingilis dilində tədrisi xarici universitetləri bitirən və ən müasir biliklərdən xəbərdar olan müəllimlər keçir. Onların hansısa yeni iqtisadi ədəbiyyatı tərcümə etməyə ehtiyacı yoxdur və gözləmirlər ki, nəşriyyat bunu tərcümə etsin. Özləri artıq bu yeniliklərə sahibdirlər. Bu yenilikləri də SABAH-a gətirirlər, bu, özü müsbət haldır.

Başqa bir yenilik SABAH-ın tələbələrində tədrisə yanaşmadır. Müəllimlərimizin akademik təcrübə ilə yanaşı, şirkət, nazirlik, xarici təşkilat və xarici universitet təcrübələri var. Həmin müəllimlər müvafiq fənləri akademik mühitdə olan müəllimlərdən daha geniş təqdim edə bilirlər. Bunun digər üstünlüyü də ondan ibarətdir ki, praktiki təcrübəsi olan müəllimlər ən yaxşı tələbəni öz kadrları kimi də görə bilir. Belə olan halda müəllim və tələbə keçirilən dərslərin keyfiyyətli olmasında maraqlı olur. Tələbə tədris  prosesində öz rəhbərini görür və rəhbər də öz gələcək işçisini görür. Artıq müəyyən mənada tələbələrin gələcək iş yerləri tədris prosesində müəyyən olunur.

SABAH qruplarında həm Təhsil Nazirliyi, həm də univeristet rəhbərliyi tərəfindən mütəmadi olaraq təlimlər təşkil olunur. Təhsil naziri Mikayıl Cabbarov UNEC-də SABAH qruplarının tələbələri ilə davamlı görüşlər keçirir. Onların dərs prosesləri, yaradılan şəraitlə yaxından maraqlanır.

Keçən il 8 tələbəmiz Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqə və imtahandan keçərək, Oxford universitetinin yay məktəbinə göndərildi. Həmin qayda ilə Fransanın Sorbonne universitetinin təşkil etdiyi qiş məktəbinə də tələbələr göndəriləcək. Tələbələr üçün xarici universitetlərin təlimlərində iştirak etmək, həmin mühitlə tanış olmaq, digər universitetin tələbələri ilə ünsiyyətdə olmaq özünü müqayisə edə bilmək baxımında çox önəmlidir. Məsələn, SABAH-ın 5 tələbəsi xarici universitetdə bir semestr oxuyub geri qayıtdı. Mən o tələbələrin hər biri ilə söhbət etdim. Onlar dərs prosesi haqqında danışdılar. Tədris prosesini müqayisə etdikdə artıq gördüm ki, oxşarlıq çoxdur və bu,  sevindirci haldır, amma yenə də yeniliklərə doğru irəliləməliyik.

Təhsil Naziriliyi SABAH mərkəzinin müəllimlərinin tədris mitodlarını daha da təkmilləşdirmək məqsədilə təlimlər hazırlayır. Əsas təlimlərdən biri ADA universiteti ilədir. SABAH İcra Komitəsinin və UNEC-in ADA universiteti ilə müqaviləsi var. Bu qarşılıqlı müqavilələr əsasında SABAH müəllimləri ildə iki dəfə ADA universitetində təlimlər keçir. Fransanın Sorbonne Universiteti də müəllimlərımiz üçün eyni təlimləri keçirib. Məqsəd odur ki, SABAH-ın müəllim və tələbələri daimi inkişafda olsunlar.

Bilirsiniz ki, UNEC-də elektron universitet modelinin tətbiqinə başlanılıb. UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatında müəllimin bütün mühazirələri şəxsi kabinetində yerləşdirilir. Müəllim auditoriyaya daxil olur və bütün mühazirələrini çox rahatlıqla istifadə edir. Tələbələr də öz işçi kabineti vasitəsilə müəllimin kabinetinə daxil olaraq mühazirədən yararlana bilir. Dərsə davamiyyət elektron jurnal vasitəsilə aparılır. Tələbənin dərsə davamiyyəti haqqında bütün məlumatlar orada qeyd olunur.

Başqa bir yenilik odur ki, biz SABAH tələbələrinə bu ildən müəllimini sərbəst seçmək hüququ verdik. Hansı müəllimin mühazirəsini dinləmək onlar üçün rahatdırsa tələbə seçimini o müəllim üçün edir. Məncə, bu çox yaxşı yanaşmadır. Təbii ki, bəzi problemlər yaranır. Bunun üçün xüsusi proqram hazırlayırıq. Mən məsələyə çox sadə yanaşaraq çox böyük nəticələr gözləyirəm.

-Tələbələrin qarşılaşdıqları problemlər varmı və müraciətlər ən çox nə ilə bağlı olur?

-Bilirsiz ki, SABAH qruplarında təhsil alan tələbələr bir illik yataqxana ilə təmin edilirlər. Yataqxanada gündə 3 dəfə pulsuz yemək verilir, pulsuz internet və kitabxanadan istifadə edirlər. Bu məsələ xüsusilə regionlardan gələn tələbələrə çox rahatlıq gətirir. Lakin bu, əsasən ikinci kurs tələbələrinə aid olur, üçüncü kursa keçəndə artıq problem yaranır. Çünki tələbələr kirayədə qalmaq istəmirlər. Bununla bağlı çox müraciət olunur.

-UNEC SABAH qruplarında tələbə sayına görə üstünlük təşkil edir, sizcə bunun səbəbi nədir?

-Bilirsiniz, tədrisin özünün fərqli metodologiyası olduğu kimi, hər rəhbərin özünün də fərqli yanaşması var. UNEC-də tədrisin keyfiyyətinin artırılması, yüksək bal toplayan tələbələrin universitetə cəlb olunması, keyfiyyətli və əmək bazarının tələblərinə cavab verən tələbələrin yetişməsi universitetimizin rektoru, professor Ədalət Muradovun qarşımıza qoyduğu əsas hədəflərdəndir. Bu baxımdan SABAH-a Təhsil Nazirliyinin layihəsi olmaqla bərabər, həm də UNEC-in layihəsi kimi yanaşır. SABAH-ın uğuru UNEC-in uğuru hesab edilir və universitetdə ona uyğun mühit yaradılır.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna