Tələbələrimizin bilik səviyyəsi yüksəkdir

04 DEKABR 2015 | VIEWS:

DSC_1198UNEC-in “Vergi və vergiqoyma” kafedrasının müdiri, iqtisad elmləri doktoru Yaşar Kəlbiyevin müsahibəsi:

– Bu gün Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tələbə və magistrantlar arasında “Vergilər” mövzusunda IX ümumrespublika olimpiadası keçirildi. Bu haqda fikirlərinizi bilmək istəyərdik…

– Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tələbə və magistrantlar arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası artıq ənənə halını alıb. 9-cu olimpiadadır ki, keçirilir və UNEC tələbələri də digər universitetlərlə yanaşı hər il bu olimpiadalarda fəal iştirak edirlər. Əvvəllər olimpiada yalnız Bakı şəhərini əhatə edirdisə, indi regoinları da əhatə edir. Olimpiadanın keçirilməsində əsas məqsəd tələbə və magistrantların vergi sahəsinə marağını artırmaqdır. Eyni zamanda vergi elmini populyarlaşdırmaq və bu sahəyə daha çox tələbə cəlb etməkdir. Vergi elə bir sahədir ki, onu hər kəs bilməlidir. Vergi sistemini, vergitutma elmini yaxşı mənimsəyən şəxslər həm bacarıqlı sahibkar, həm də yaxşı vergi ödəyicisi olur. Belə olimpiadaların sayəsində tələbələr daha da kamilləşir və bilik səviyyələrini artırırlar.

– Olimpiada necə təşkil olunmuşdu?

– Hər şey çox yüksək səviyyədə hazırlanmışdı. Nazirlik əməkdaşları test bazasını bir ay müddətində hazırlayb müvafiq proqram təminatına yerləşdiriblər. Vergitutma elmi geniş sahədir. Burada müxtəlif istiqamətlər var – vergi qanunvericiliyinini hüquqi əsasları, hüququ və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığı və praktiki məsələlər. Suallar da hər dörd istiqamət üzrə hazırlanmışdı. Hər tələbə və magistranta əvvəlcədən planlaşdırıldığı kimi, 100 sual verildi. Onlar bu sualları iki saat ərzində cavablandırmalı idilər. Daha yüksək bal toplayan qalib elan olunacaqdı. Bakalavrlar arasında iki tələbə yüz faizli nəticə göstərib, qalib oldu. Münsiflərin iştirakı ilə tələbələrlə görüşdük. Yenidən müsahibə etdik, suallar verdik. Mən də UNEC tərəfdən münsif idim. Münsiflər qərara aldılar ki, kim yüz balı ən qısa zamanda toplayıbsa, I yerə də o layiq görülsün.

– Hər iki qalib UNEC-in tələbəsidir. Bu, universitetimizin olimpiadaya necə hazırlaşdığından xəbər verir…

– Bəli! Vergilər Nazirliyindən olimpiadanın keçiriləcəyi ilə bağlı rəsmi məlumat universitetimizə daxil olandan sonra kafedrada hazırlıqlara başladıq. Fakültələrə müraciət etdik, ən yaxşı tələbələr cəlb olundu. Olimpiadada iştirak etmək üçün 73 bakalavr, 40-a yaxın magistrant müraciət etdi. Müraciət edənlər üçün bir ay ərzində həftədə 3 dəfə olmaqla məşğələlər təşkil etdik. Çalışdıq ki, tələbələrimiz hazırlıqlı olsun.

– Siz həm də I yerə layiq görülən Murad Məmmədzadənin müəllimi kimi mükafata layiq görüldünüz. Tələbənizin qalib olacağını gözləyirdiniz?

– Qeyd etdiyim kimi, olimpiadaya yaxşı hazırlaşmışdıq. Amma yenə də I yeri qazanacağımıza ümidim yox idi. Açığını deyirəm, rəqabət güclü idi və bu qədər də yüksək nəticə gözləmirdik. Axı müddət az oldu, hazırlıq üçün uşaqların cəmi bir ayı var idi…  İndi ürəkdən deyə bilirəm ki, tələbələrimiz doğrudan da çox yaxşı hazırlaşıblar. Hər müəllim üçün əməyinin hədər getməməsi qürurvericidir. Bu gün Muradın qalib olması ilə qürur duydum. O, vergi dərslərini II kursda oxuyanda keçib. İndi isə IV kursda oxuyur. Amma özünü vergi sahəsində çalışmağa hazırladığı üçün daima bu sahə üzrə biliklər əldə etməyə çalışır. Bütün məşğələlərdə də fəal iştirak edirdi. Əvvəlki olimpiadalarda adətən bizim magistrantlar həmişə yüksək nəticə göstərirdilər. Onlardan yenə birincilik gözləyirdim. Bakalavrlarımızdan isə orta nəticələr gözləyirdik. Onlar bizi yaxşı mənada təəccübləndirdilər və bakalavrlar arasından da qalibin UNEC tələbəsi olması o deməkdir ki, bizim tələbələrin səviyyəsi doğrudan da yüksəkdir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - vozol - Betosfer -

vozol

- aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme