Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi: Yüksək intellektli, mədəni və savadlı insanların bizə dərs deməsi mənim üçün qürurvericidir

09 DEKABR 2015 | VIEWS:


Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Aida Həsənova:

Sumqayıt şəhəri 14 saylı tam orta məktəbi bitirib. Əlavə məşğuliyyətləri futbol izləməkdir. Arsenal, Real Madrid və Galatasarayın oyunlarına baxmağısevir. İntellektual oyunlarda iştirak etməyi xoşlayır. Akademik və intellektual mövzularda araşdırma aparıb, analiz etmək də sevimli məşğuliyyətlərindəndir.

– Necə oldu ki, Beynəlxalq İqtisadiyyat Məktəbini seçdiniz?

– Beynəlxalq İqtisadiyyat Məktəbiuniversitetin bütün fakültələrindən həm təhsilin keyfiyyəti, həm də yüksək ixtisaslı və peşəkar müəllim heyəti ilə fərqlənir. 2013-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş mərkəzləşdirilmiş qəbul imtahanından 649 bal yığıb, Azərbaycan Dövlət İqtisad Universitetinin ingiliscəDünya İqtisadiyyatı ixtisasına daxil olunmuşdum. Beynəlxalq İqtisadiyyat Məktəbi yarananda isə biz birbaşa buraya transfer edildik. Buna çox sevindim.

– Beynəlxalq İqtisadiyyat Məktəbindəki təhsil sizi qane edir? Öncədən burada təhsili necə təsəvvür edirdiniz, gözləntiləriniz doğruldumu?

– Desəm ki, gözlədiklərimdən də artıq oldu, onda daha doğru olar. Hələ abituriyent olarkən UNEC- ingilis dilində tədris haqqında tələbələrdən çox müsbət rəylər almışdım. Əlbəttə ki, bu mənim seçimimə də təsir etmişdi. Açığı, əvvəlcə normal tələbə həyatı olacağını, “lecture-seminar-assignment” sistemli bir təhsillə üz-üzə qalacağımı düşünürdüm. Amma qarşılaşdığım bundan artıq oldu. Mən motivasiyasını sevən bir insanam. Elə ki, I kursda olarkən daxil olduğum təhsil mühiti, bir-birindən savadlı yuxarı kurs tələbələri, ardıcıl olaraq yarışmalar və qələbələr məndə təhsilimə qarşı  böyük stimul yaratdı. Hələ I kursda olarkən artıq yuxarı kurslarla rəqabət aparmaq üçün can atırdım, onların uğurlarını izləyib daha da həvəslənirdim. Tam əminliklə deyə bilərəm ki, bu mühiti başqa heç bir yerdə tapa bilməzdim.

– Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərini saya bilərsiniz? Bu məktəb sizə hansı fərqli imkanları yaradır?

– Mən əksər tələbələrimizin qeyd etdiyi ingilis dilini faktorunu qeyd etmək istəmərəm. Çünki bu artıq üstünlük deyil. İngilis dilli fakültələrin əksəriyyəti bizimlə rəqabət apara bilmir. Deməli, daha önəmli olan digər məsələlər də var. Öncə qarşımızdakı insanlar, yəni müəllimlərimiz mənim üçün ən vacib faktordur. Təbii ki, çalışmaq, oxumaq insanın özündən asılıdır. Amma əgər, sizin suallarınıza dolğun cavab tapacaq, interaktiv dərs aparacaq, sizi “descriptive” deyil, “analytic” düşündürəcək müəllimlər yoxdursa, siz təhsildə 50% itirmisiniz deməkdir. Mənim üçün fərqlilik müəllimlərim – Emin Musayev, Nigar Sadıqova, Elçin İbadov, Altay İsmayılov, Xaliq İlyasov, Araz Borçalı, Qənirə İbrahimova, Zaur Abışev, Səbuhi Sadıqovdur.  İkinci mühim kakt isə yüksək rəqabət aparan tələbələrin arasında olmaqdır. Lazım olarsa bir yerdə, yeri də gələndə bir-birimizə qarşı, amma hər zaman rəqabət!

– Mənim üçün Beynəlxalq İqtisadiyyat Məktəbində fərqlilik müəllimlərimdir dediniz. Onlarəsasən xaricdə təhsil alan müəllimlərdir. Bu fərqi necə, hiss olunur?

– “The best teacher teach from the heart not from the book”. Yüksək intellektli, mədəni və savadlı insanların bizə dərs deməsi mənim üçün qürurvericidir. Xaricdə təhsil alan gənc kadrlar daha səbrli, öyrətməyə daha meyllidirlər və dərsə yanaşma tərzləri fərqli olur. Onlarla münasibətimiz 80 dəqiqə ilə limitlənmir. Tənəffüslərdə, dərsdən sonra,sosial şəbəkə vasitəsi ilə dərsə aid bütün suallarımızı verə bilirik. Hər zaman hər bir addımımızda bizi dəstəkləyir, həvəsləndirir və maraqlanırlar.

– Bir neçə müsahibiqənin qalibisiniz. Bir az bu haqda danışmağınızı xahiş edirik…

– Məktəb vaxtından əsasən akademik yönümlü yarışmalarda iştirak etməkdə böyük marağım var. Məncə, şagird və ya tələbə özünü təhsil müəssisəsində kiçik çərçivəyə salmamalıdır.Məktəb vaxtından başlasaq, o zaman Respublika fənn olimpiadasının şəhər üzrə qalibi seçilmişdim. Daha sonra Xəzər Universitetinin ölkə üzrə X olimpiadasında II qrup abituriyentləri üzrə II yerə daxil olub, imtahansız həmin universitetdə təhsil almaq hüququ əldə etmişdim. Orta təhsilimi isə 649 balla başa vurduğuma görə Çağ Öğretim tərəfindən pul mükafatı və sertifikatla təltif olunmuşdum.

Tələbəlik həyatımda da bir neçə uğurum olub. Bunlardan birikomandam ilə birlikdə “Sənayə və tələbə” yarışmasında II yer tutmağımızdır. Bu yarışda Azərbaycanın qeyri-neft sektorlarının inkişafı üçün öz optimal ideyamızı münsiflər qarşısında müdafiə etməli idik. UNEC “intellectual championship”-də komanda birlikdə 2-ci yer tutmuşuq. “Müasir dövrdə mühasibat uçotunun əsasları” adlı çoxmərhələli seminarın ən fəal iştirakçısı olmuşam.GRBS kurslarının keçirdiyi “F3-Financial Accounting” yarışmasında I yerə layiq görülüb,pulsuz “Financial Accounting” hazırlıq mərhələsi şansı əldə etmişəm. Daha sonra Bakı Fond Birjası və Qiymətli Kağızlar Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc İnvestor” yarışmasında II yerə layiq görülüb, pul mükafatı və dəyərli hədiyyələrlə qiymətləndirilmişəm. Ən axırıncı və ən böyük uğurum isə möhtəşəm komandam ilə birlikdə “Azerbaijan Business Case Competition”da I yer tutmağımız oldu. Bu qələbəmizi heç vaxt unutmayacam!

Ümumiyyətlə, biz – Beynəlxalq İqtisad Məktəbinin tələbələri təkcə akademik yöndə deyil, həmçinin sosial həyatda da çox fəal tələbələrik. Belə ki, universitetdaxili və xarici bir neçə təşkilatların üzvlüyünə qəbul olunub, fəaliyyətlərində yaxından iştirak edirik. “UNEC Enactus”, “UNEC MUN” və digər təşkilatların tədbirlərində, yarışmalarında uğurlu iştirakımızla seçilirik. İntellektual oyunlarda da fəal iştirak edib universitetə qələbələr gətirmişik. Həmçinin respublika səviyyəsində keçirilən tədbirlərdə dəfakültəmizin əksər tələbələri fərqlənib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol