Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Neftçi” PFK-nın təşkilati dəstəyi ilə keçirilən daxili futbol çempionatı başa çatıb.
Turnirin qalibi “Come back” komandası olub. İkinci yeri “Assasins”, üçüncünü isə “Casablanca” tutub. Ən sərrast futbolçu adını Elşad Hüseynov qazanıb. UNEC-də təşkil edilən mükafatlandırma mərasimində qaliblər kubok və medallarla yanaşı “NeftçiVİP” üzvlük kartları ilə təltif ediliblər.