1955-ci il avqustun 25-də Azərbaycan Respublikasının Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.
1962-1972-ci illərdə orta məktəbdə;
1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakultəsində ali təhsil almışdır.
1977-1978-ci illərdə 16 saylı müəssisədə mühəndis-kartoqraf;
1978-1988-ci illərdə ASE Baş redaksiyasında elmi redaktor vəzifələrində çalışmışdır.
1988-1994-cü illərdə İqtisadi İnkişaf Nazirliyi nəzdindəki ETİİ-də baş elmi işçi vəzifəsini icra etmişdir. Bu dövr ərzində Gəncə şəhəri, Naxçıvan MR, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına dair proqramların hazırlanmasında bilavasitə iştirak etmişdir, bir mütəxəssis kimi dəfələrlə Dağlıq Qarabağda olmuşdur.
1991-ci ildə iqtisad elmlər namizədi elmi dərəcəsini almışdır.
1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Hazırda “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosentidir.
Ailəlidir, bir övladı var.