Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qiyabi təhsil alan tələbələri arasında ilk dəfə olaraq “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb. Gərgin keçən mübarizənin qalibi “GRYFFINDOR” komandası olub. II yerə “Finance”, III yerə isə “United Marketing” komandaları layiq görülüb.
Sonda qalib komandalara diplomlar təqdim edilib.