FIBAA rəsmisi: UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur

31 MAY 2024 | VIEWS:

FIBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya qurumunun beynəlxalq ekspertləri UNEC-in rektoru professor Ədalət Muradovla görüşüblər.

Görüşdə prof. Ədalət Muradov “UNEC-100” İnkişaf strategiyasında 2030-cu ilədək UNEC-də bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinin hədəfləndiyini bildirib. Rektor beynəlxalq akkreditasiyanın UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbə və məzunların beynəlxalq əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi baxımından vacibliyini diqqətə çatdırıb. Eləcə də UNEC-in təhsil sahəsində lider mövqeyinin möhkəmləndirilməsində, beynəlxalq əlaqələrinin genişləndirilməsində, regionda və dünyada nüfuzunun artırılmasında mühüm rol oynayacağını bildirib.

FIBAA-nın layihə meneceri, ekspert qrupunun rəhbəri Dr.Birger Henrik UNEC-də iki günlük səfər çərçivəsində keçirdikləri görüşlər və təqdim olunan məlumatlar barədə ilkin təəssüratlarını bölüşüb. FIBAA rəsmisi UNEC-in Bloomberg Maliyyə laboratoriyasının tədris prosesində istifadə olunmasını, universitet-sənaye əlaqələrinin səmərəli təşkilini, tədrisin 4 dildə aparılmasını yüksək qiymətləndirib. Eləcə də tədris prosesinin, sənəd dövriyyəsinin, keyfiyyət təminatı sisteminin tamamilə rəqəmsallaşdırılaraq, Rəqəmsal UNEC modelinin yaradılmasını ali təhsil sahəsində mütərəqqi addım kimi xüsusi vurğulayıb. Dr.Birger Henrik UNEC-in beynəlmiləlləşdirilməsində ixtisasların akkreditasiyasının strateji hədəf olaraq müəyyənləşdirilməsini mühüm amil kimi diqqətə çatdıraraq, bu addımın UNEC-in dünya universitetləri sırasında TOP 500-lüyə düşməsində önəmli rol oynayacağını qeyd edib. O, UNEC-də bu istiqamətdə işlərin uğurla aparıldığını deyib.

https://news.unec.edu.az/xeber/125-universitet/11849-fibaa-resmisi-unec-in-ixtisaslarinin-beynelxalg-akkreditasiyasi-uchun-butun-imkanlar-movcuddur

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro