Görüşdə fakültənin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov və fakültə əməkdaşları tələbə adını qazanmış gəncləri təbrik ediblər, onlara təhsillərində uğurlar arzulayıblar və gələcəkdə ixtisaslı mütəxəssis kimi formalaşmalarına və ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəklərinə əmin olduqlarını bildiriblər.
Fakültənin dekanı dos.Hafis Hacıyev çıxış edərək, 2024/2025-ci tədris ilində fakültəyə 523 tələbə qəbul olunduğunu, 28 tələbənin 600 və daha yuxarı bal topladığını bildirib. H.Hacıyev görüşdə fakültəyə qəbul olan tələbələrdən 14 nəfərin əcnəbi vətəndaş olduğunu vurğulayıb.
Görüşdə 2024/2025-ci tədris ili üzrə keçirilən qəbul imtahanlarında 674,80 bal toplayaraq “Maliyyə və mühasibat” fakültəsində ən yüksək nəticə göstərmiş tələbə Xədicə Mərdanlıya xüsusi hədiyyə təqdim olunub.