Tədbirdə elm və innovasiyalar üzrə prorektor professor Rövnəq Rzayev proqramı bitirən məzunları təbrik edərək, onların insan resurslarının idarəedilməsi üzrə aldıqları bilik və bacarıqların karyeralarında önəmli olacağını vurğulayıb.
Sonra UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Fuad Qasımov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, 6 aylıq proqramda iş dünyasını təmsil edən 16 nəfər iştirak edib.
Proqramın layihə rəhbəri, dosent Afaq Hüseyn isə HRM üzrə mini MBA proqramının bir ilk olduğunu və ölkədə insan resurslarının idarə edilməsi sahəsində peşəkar səviyyədə hazırlandığını diqqətə çatdırıb.
Sonra proqram iştirakçılarına sertifikatlar təqdim olunub.