Martın 16-da UNEC-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Mən Gələcəyin Diplomatıyam” layihəsinin təqdimatı keçirilib.
UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, YAP Səbayel rayon UNEC ilk ərazi təşkilatının sədri Mikayıl Zeynalov Azərbaycan dövlətinin gənclər üçün yaratdığı imkanlardan, gənclər siyasətindən danışıb. Bildirib ki, ölkədə gənclərinin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılıb və hər bir gənc bundan istifadə etməyə çalışmalıdır.
Layihə rəhbəri,YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Əli Qənbərli tələbələrə layihə haqqında danışıb. Layihənin tələbələr üçün bir təcrübə mənbəyi, öyrəndiklərini tətbiqetmə məkanı olacağını qeyd edərək, iştirakçılara beynəlxalq münasibətlər, burada aktual olan nəzəriyyələr, siyasi gedişlərin mahiyyəti haqqında ətraflı məlumat verib. Layihə çərçivəsində tələbələrin elmi məqalələrindən ibarət kitabın nəşri və olimpiadaların keçirilməsi nəzərdə tutulduğunu bildirən Ə.Qənbərli tələbələri “Mən Gələcəyin Diplomatıyam” layihəsində fəal iştirak etəyə çağırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.