Google for Developers proqramlarından Women Techmakers və Google Developer Groups tərəfindən təşkil olunan beynəlxalq miqyaslı tədbir dünyanın 500-dən çox şəhərində keçirilir və bu il artıq ikinci dəfədir ki, Bakı şəhərində keçirilib. Tədbir qadınların İT sahəsindəki uğurlarını qeyd etməklə yanaşı, bu sahəyə maraq göstərən iştirakçılar üçün də ilhamverici çıxışlar, netvörking imkanları və karyera dəstəyi təqdim edib.
“IWD 2025 Baku” çərçivəsində İT sahəsində uğur qazanmış yerli və xarici xanım mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Tədbir boyunca yeni texnologiyalar, süni intellekt, proqramlaşdırma və startap mövzularında maraqlı çıxışlar dinlənilib.
UNEC İnnovativ Gənclər Təşkilatının idarə heyəti tədbirdə iştirak etməklə, texnologiya sahəsindəki beynəlxalq trendlərlə yaxından tanış olub.