UNEC tələbələri Montpellier Universitetinin diplomunu əldə edə biləcək – MÜSAHİBƏ

05 MAY 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Sənəd hər iki universitetin tələbələrinə UNEC və Montpellier Universitetlərinin diplomlarını əldə etmək imkanı verəcək. Proqram haqqında UNEC-in Beynəlxalq əlaqələr departamentinin direktoru Anar Kazımovun müsahibəsində tanış ola bilərsiniz.

– Anar müəllim, UNEC ilə Montpellier Universiteti arasında ikili diplom haqqında razılaşmanın  imzalanması hansı zərurətdən irəli gəlir?

– Azərbaycanda təhsil sisteminin cəmiyyətimizin və dövlətimizin digər sahələrlə bağlantısını əks etdirən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bu istiqamətdə qarşıda duran vəzifələri müəyyən edir. Bu mənada dünya standartlarına cavab verən təhsil xidmətləri sisteminin qurulması və ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi istiqamətində ölkə çərçivəsində son illərdə mühüm addımlar atılmaqdadır. Görülən işlərin tərkib hissəsi olaraq dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin inkişafı xüsüsi əhəmiyyət kəsb edir.

Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti ilə əlaqələrin qurulmasına Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən ilin fevral ayında Parisdə keçirilən “Campus France” tədbiri çərçivəsində UNEC rektoru, professor Ədalət Muradovun təklifi ilə  başlanılıb. Tədbirdə ikitərəfli görüş zamanı UNEC və bu ali təhsil müəssisəsi arasında genişmiqyaslı əməkdaşlığın istiqamətləri müəyyən olunaraq universitetlər arasında razılaşmaların imzalanması qərara alındı. İlkin razılaşmaların davamı olaraq,  bu ilin aprel ayında Fransada UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalandı.

– Bu razılaşma tələbələrimizə hansı imkanları verir?

– Razılaşma “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə təhsil alan UNEC  tələbələrinə Montpellier Universitetinin Beynəlxalq menecment və biznes ixtisası üzrə diplomunu əldə etmək imkanı verəcək.

Proqramda ilk iki tədris ilini UNEC-də təhsil alan, 120 kredit qazanan və ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. III kursda proqram üçün seçilən tələbələrə iki variant  üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.

Birinci variantı seçən tələbələr III kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönəcəklər və təhsillərini IV kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

İkinci variant olaraq,  tələbələrimizə Azərbaycan Dövlət İqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılan proqram üzrə III kurs təhsilllərini UNEC-də davam etdirmək təklif olunur. Bu zaman tələbələrimiz bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunan tanınmış professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini alacaqlar.

İstər birinci variant, istərsə də ikinci variantı seçən tələbələr təhsillərinin III kursunda tələb olunan kreditləri qazandıqdan sonra sonuncu tədris ilini UNEC-də davam etdirəcəklər. Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə edən tələbələrimizə həm UNEC-in, həm də Montpellier Universitetinin diplomları təqdim olunacaq.

– İkili diplom proqramına qoşulmaq üçün hansı tələblər var?

– Ümumiyyətlə, “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisaslarında təhsil alan, I və II kurs imtahanlarda yüksək göstəriciləri və ən azı B2 səviyyəsində ingilis dili bilikləri olan istənilən UNEC tələbəsi iştirak edə bilər. Tələbələrin müraciətləri dəyərləndirildikdən sonra, dil biliklərini yoxlamaq məqsədilə onlarla fərdi müsahibələr təşkil olunacaq. Qeyd edək ki, bu proqram UNEC tələbələrinə Montpellier Universitetinin professorları ilə elmi-tədqiqat işlərini yerinə yetirmək imkanı da verir.

– Təhsil haqqı barədə nə deyə bilərsiniz?

– Təbii ki, bu tip proqramları həyata keçirmək məqsədilə imzalanan razılaşmalarda hər iki universitetin maraqlarının təmin olunması nəzərə alınır. Lakin, UNEC rektorunun tapşırığına əsasən, tələbələrimiz yalnız Montpellier Universitetinin III kurs üçün təhsil haqqı olan məbləği yəni, 2250 avronu ödəyəcəklər.

Əlavə olaraq qeyd edək ki, proqram üçün seçilən tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstəriləcək.

Həmçinin tələbələr üçün universitet, yerli ənənələr, ölkə mədəniyyəti və sosial həyatla tanışlıq məqsədilə inteqrasiya həftəsi təşkil ediləcəkdir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna