UNEC eksperti: Azərbaycanda niyə “turizm partlayışı” baş vermədi?

05 İYUL 2016 | VIEWS:

sputnik.az

Rusiya-Türkiyə münasibətlərinin bərpası, turizmə iddialı olan digər ölkələrin maraqlarına cavab verməsə də, regionun ümumi inkişafı baxımından böyük perspektiv vəd edir

“Rusiya ilə Türkiyə arasında münasibətlərin bərpa olunması gözlənilən idi. Çünki, hər iki ölkə bu prosesdən ciddi əziyyət çəkib”.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya ilə əlaqələrin qırılması Türkiyənin turizm sektoruna çox böyük zərbə olub: “Rusiyanın özündə istər qiymət artımı, istər bazarlarda ayrı-ayrı məhsulların mövcudluğu baxımından təsir göstərib. Kənd təsərrüfatı məhsulları və digər məhsullar, əsasən Türkiyədən Rusiyaya ixrac olunurdu. Hər iki ölkənin iqtisadiyyatı baxımından münasibətlərin bərpası müsbət təsirlər doğurur”.

İki ölkə arasındakı münasibətlərin Azərbaycan turizminə təsirlərinə gəlincə, ekspert deyib: “Belə fikirlər var idi ki, guya rus turistlərinin Türkiyəyə getməməsi Azərbaycanda “turizm partlayışı” yaşadacaq. Amma biz bunu görmədik. Çünki, rusların əsas üz tutduğu turizm marşrutları Aralıq dənizidir və onlar isti dənizlərə doğru hərəkət edirlər. Onun üçün də bizə təsiri yoxdur. Biz turizm bazarında Türkiyə ilə tamamilə fərqli sahələrdə dayanırıq. Eyni zamanda, hazırda həm qiymət, həm də təklif etdiyimiz turizm obyektləri baxımından rəqabət aparacaq vəziyyətdə deyilik”.

“Amma ümumilikdə, regionda ticarət, iqtisadi mühitin yaxşılaşması baxımından daha yaxşı haldır. Düşünürəm ki, rus-türk əlaqələrinin bərpası Azərbaycan iqtisadiyyatına ümumilikdə müsbət təsir göstərir. Yəni, ayrı-ayrı subyektlərə mənfi təsirləri olsa da, ümumilikdə ölkəmizin iqtisadiyyatı üçün müsbət tendensiyadır. Nəzərə alaq ki, bizim gələcəkdə Türkiyə ilə böyük layihələrimiz var və bunu həyata keçirməliyik. Bunun üçün də yenə Rusiya ilə Türkiyənin əlaqələrinin yaxşı olması bizim üçün önəmlidir”, — E. Bağırzadə vurğulayıb.

O, yükdaşımalar baxımından da region ölkələri arasındakı münadibətlərin yaxşılaşmasının Azərbaycana lazım olduğunu düşünür: “Gələcəkdə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tam gücü ilə işləməsində Rusiyanın da rolu ola bilər. Eyni zamanda, İranın da rolu ola bilər. Ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün müsbət proseslər yaşanır”.

İqtisadçı-ekspert Natiq Cəfərli də Rusiya-Türkiyə münaqişəsinin türk turizminə zərbə vurduğunu deyir. “Türkiyədə builki turizm sezonun böyük bir hissəsi itirilmiş vəziyyətdədir. Rusiyalı turistlər əvvəlcədən rezervasiyalar edirdilər, daha ucuz başa gəlirdi. Onlar bunu planlaşdırır və gedirdilər. Münasibətlər normallaşandan sonra Türkiyədə avqust ayında yay turizmində irəliləyiş ola bilər. Amma əlaqələrin bərpası üçün həftələr, aylar lazım olacaq. Əlaqələrin düzəlməsi Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək”, — o, Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, Ankara-Moskva yaxınlaşmasının digər region ölkələrinin iqtisadiyyatına müəyyən dərəcədə mənfi təsir göstərmə ehtimalı var: “Türkiyə yolu bağlandıqdan sonra rusiyalı turistlərin böyük bir hissəsi Gürcüstana, az bir hissəsi isə Azərbaycana gəlməyə başlamışdı. Düşünürəm ki, rus turistlər yenidən Türkiyəni seçməyə üstünlük verəcəklər. Bu, daha çox Gürcüstanda hiss olunacaq. Son aylarda Gürcüstana gələn rus turistlərin sayı təqribən 2 dəfəyə yaxın artmışdı”.

“Bir də kənd təsərrüfatı məhsullarının ixracı məsələsi var ki, Azərbaycan müəyyən dərəcədə bundan istifadə edib önə çıxırdı, Rusiya bazarına daha çox mal və məhsul ixrac etməyə çalışırdı. Amma əlaqələrin bərpası ilə yenidən Türkiyədən birbaşa Rusiyaya məhsulların aparılmasına başlanacaq. Bunun da Azərbaycanın kənd təsərrüfatına müəyyən dərəcədə mənfi təsirləri olacaq”, — iqtisadçı qeyd edib.

Bununla yanaşı, N. Cəfərlinin qənaətincə, ümumilik isə, iki ölkə arasında əlaqələrin yaxşılaşmasının olduqca müsbət təsirləri olacaq: “Əsasən də Türkiyə iqtisadiyyatına təsiri olacaq. Çünki, kənd təsərrüfatından, turizmindən çox asılı olan bir ölkədir. Rusiya ilə Türkiyənin əlaqələrinin kəsilməsi rus turistlərin bu ölkəyə gəlişini 96, kənd təsərrüfatı məhsullarının ixracatını isə, təqribən 57 faiz azaldıb. Bunlar bərpa edildikcə Türkiyə iqtisadiyyatına müsbət təsirləri olacaq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub yazaraq, ikitərəfli münasibətlərin yaxşılaşmasından dolayı istəyini ifadə etməsi və ölən pilotun ailəsindən üzr istəməsi qarşı tərəfdən müsbət qarşılanıb. Bundan sonra Putin Türkiyəyə qarşı bütün sanksiyaların aradan qaldırılmasına göstəriş verib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna