1969-cu ildə Bərdə rayonunda anadan olmuşdur.
1995-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1996-cı ildən həmin institutun “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant, saathesabı müəllim, assistent vəzifələrində çalışmışdır.
2000-ci ildə institutun Azərbaycan Dövlət İqtisad Universitetinə birləşməsi ilə əlaqədar olaraq yenidən universitetin həmin kafedrasının assistenti vəzifəsinə, 2004-cü ildə baş müəllimi vəzifəsinə seçilmişdir.
Hazırda “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimidir.
35 elmi əsərin müəllifidir – bunlardan 8-i proqram və metodik göstəriş, 5-i isə dərslikdir.
Ailəlidir, iki övladı var.