Asiman Quliyev: Məqsəd tədrisin modernləşdirilməsidir

20 İYUL 2016 | VIEWS:

asiman1805Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni meqa fakültə yaradılıb. UNEC Elmi Şurasının qərarına əsasən, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri ləğv edilərək, onların bazasında İqtisadiyyat fakültəsi yaradılıb. UNEC-də meqa fakültələrin yaradılmasında məqsəd idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçməkdir. Yeni yaradılan fakültəyə iqtisad elmləri namizədi, dosent Asiman Quliyev dekan əvəzi təyin edilib.

Asiman Quliyev 1986-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1986-1989-cu illərdə Tələbə Həmkarlar komitəsinin sədri olub. 1992-1993-cü illərdə Lerik rayonu İcra Hakimiyyətinin başçısı işləyıb. 1994-1997-ci illərdə Bakı Biznes Universitetində dekan vəzifəsində çalışıb. 1997-ci ildən UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının dosentidir. 2006-2014-cü illərdə Türk dünyası işlətmə fakültəsinin dekan müavini olub. 2014-cü ildən isə İqtisadiyyat və Sənaye fakültəsinin dekanı vəzifəsində çalışıb. 60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycan, Rusiya, Çexoslavkiyada nəşr edilib.

Asiman Quliyev ilə müsahibəni təqdim edirik:

– Asiman müəllim, UNEC-də meqa fakültələrin yaradılmasını necə qiymətləndirirsiniz?

– Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədli və davamlı inkişafa istiqamətlənmiş iqtisadi islahatlar ölkəni regionun ən zəngin dövlətinə çevirıb. Zəngin Azərbaycan dövləti dünya iqtisadiyyatına da sürətlə inteqrasiya olunur. Elmi əsaslara bağlı olan iqtisadiyyatın sürətli inkişafı yüksək ixtisaslı və müasir mütəxəsisləri tələb edir. Uğurla icra edilən bu yüksəliş strategiyasının təməlində düşünülmüş siyasət, düzgün aparılan islahatlar və ölkənin gələcəyi ilə bağlı mükəmməl davamlı təhsili təmin edən proqramlar dayanır. Son illərdə bildiyimiz kimi Təhsil Nazirliyi tərəfindən təhsil sisteminin bütün pillələrində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına” əsaslanan geniş miqyaslı, məntiqli proqram və layihələr həyata keçirilir. Həmin islahatların tərkib hissəsi kimi UNEC son illərdə innovativ təhsil islahatları proqramlarını müvəffəqiyyətlə universitetdə tətbiq edir. UNEC Elmi Şurasının qərarı ilə iki fakültənin ləğv edilib, onların bazasında İqtisadiyyat fakültəsinin yaradılması da qeyd edilən islahatların tərkib hissələrindən biridir. Yeni yaradılan fakültə 3253 tələbə və 12 kafedrada 245 professor-müəllim heyəti ilə ölkənin həqiqi mənada meqa fakültəsinə çevrildi. Meqa fakültələrin yaranması gələcəkdə UNEC-in tərkibində institutların yaranması üçün obyektiv zəmin ola bilər. Beləliklə də, Azərbacanın ali təhsil sahəsində UNEC daha bir yeniliyin bünövrəsini qoyur. İnanırıq ki, universitetin rəhbərliyi bu istiqamətdə də ilk olaraq institutlaşma sistemini yaradacaq.

-Yeni fakültənin yaradılması UNEC-də təhsilin keyfiyyətinə necə təsir edəcək?

– İqtisadiyyat və sənaye və Beynəlxalq iqtisadi münasibətlər fakültələrinin birləşdirilməsi nəticəsində İqtisadiyyat fakültəsinin yaradılması tədrisin keyfiyyətinin müasir səviyyədə yaxşılaşdırılması, çevik idarəetmə sisteminin təkmilləşdirilməsi zərurətindən irəli gəlir. UNEC-in məqsədi tədrisin modernləşdirilməsi, tədris prosesinin dünyanın aparıcı universitetlərinin səviyyəsinə çatdırılmasıdır. Fakütənin nəzdindəki kafedralarda son iki ildə dünyanın ən nüfuzlu universitetlərindən məzun olan çoxsaylı gənc müəllimlərimiz var. Nəzərimizdə var ki, aparıcı professorlarla birgə tədrisin keyfiyyətinə təsir edə biləcək seminarların təşkilinə başlayaq.

-Asiman müəllim, İqtisadiyyat fakültəsində neçə ixtisas mövcuddur? İqtisadiyyat və Sənaye fakültəsi ilə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin birləşdirilməsindən sonra ixtisas sayında hər hansı bir dəyişiklik oldumu?

– İqtisadiyyat və sənaye fakültəsində İqtisadiyyat, Sənayenin təşkili və idarəedilməsi, Ekologiya, Turizm və otelçilik ixtisasları olmaqla 4 istiqamətdə mütəxəssis hazırlanırdı. İqtisadiyyat fakültəsinin yaradılması ilə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsindəki Dünya iqtisadiyyatı və Beynəlxalq münasibətlər ixtisasları da yeni fakültədə cəmləşdi. İndi yeni yaranan İqtisadiyyat fakültəsində altı ixtisas üzrə kadr hazırlanacaq.

-Qarşıya qoyulan məqsədlərə çatmaq üçün fakültə rəhbərliyinin üzərinə həmişə böyük məsuliyyət düşür. Nümunəvi bir fakültə modeli qurmaq üçün xüsusi bir planınız varmı?

– Azərbaycanda ilk dəfə olaraq “Elektron Universitet” modelinin UNEC-in əsas tədris binasında pilot layihə kimi həyata keçirilməsi 2015/2016-cı tədris ili üçün əlamətdar hadisələrdən biridir. Nümunəvi bir fakültə modelinin yaradılması yeni tədris ilindən II tədris binasında “Elektron Universitet” tətbiqi ilə başlayacaq. Аli təhsil müəssisəsində təhsilalanların еlmi tədqiqat işinin təşkili haqqında əsasnamə gündəmimizdədir. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin yeni keyfiyyət səviyyəsinə xüsusi diqqət veriləcək. Tədris prosesində dərslərin keyfiyyətini yüksəltmək məqsədilə üzürlü və üzürsüz səbəbdən dərslərin əvəzləmə və dərsdən yayınmalarla bağlı müvafiq tədbirlərin ardıcıl həyata keçirilməsinə xüsusi diqqət ediləcək. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə həm tədris prosesinin, həm də tədrisin keyfiyyətinin yaxşılasmasının təməli kimi baxılacaq.

– Yeni yaradılan İqtisadiyyat fakültəsi iş dünyası ilə əlaqələrini necə qurmağı düşünür?

– Beynəlxalq təcrübədə fakültələrin reytinqinin müəyyən edilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Bu baxımdan İqtisadiyyat fakültəsində təhsil alan və məzun olan gənclərin məşğulluq probleminin həlli istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Biz ilk olaraq fakültədə işədüzəltmə sahəsi üzrə tələbə məlumat bankının hazırlanmasını təmin etməliyik. Tələbə və magistrlərin biznes-inkubasiya mexanizmindən faydalanmağa çalışacağıq. Məzun yarmarkalarından faydalanmağı və dövlət və özəl qurumlar tərəfındən mütəmadi təqdimatların təşkilini nəzərdə tuturuq. Əsasən diqqət yetiriləcək istiqamətlər – aşağı kurslarda oxuyan tələbələrə karyera planlama fikrini aşılamaq, məzun olmağa namizəd tələbələrin cəmiyyətdə səmərəli yer tuta bilmələrinə köməklik göstərməkdir. Eyni zamanda, məzunlarla xoş münasibəti və əməkdaşlığı, tələbələrin  dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini, şirkətlərlə əlaqə saxlayaraq məzunları aldıqları ixtisaslara uyğun işlə təmin etməkdir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - onwin - Betosfer -

starzbet

- aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis