17 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1984-1994-cü illərdə 225 saylı orta məktəbdə oxumuşdur.
1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1999-cu illərdə “Qida məhsullarının texnologiyası” kafedrasında çalışmışdır.
1999-2001-ci illərdə Yimpaş-Babatürk LTD şirkətində laboratoriya müdiri vəzifəsində işləmişdir. 2001-ci ildən yenidən “Qida məhsullarının texnologiyası” kafedrasında çalışmağa başlamışdır. 2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Qida təyinatlı müxtəlif materialların mikrobiotası və onların tullantılarının biokonversiyası” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2011-ci ildən kafedrada saat hesabı dərs aparıb, 2020-ci ilə kimi həmin kafedranın müəllimi, 2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib. 180-dən artıq elmi-metodiki əsərin müəllifidir. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda tezis və məqalələri çap olunmuşdur. İmpakt Faktor göstərcisi olan Scopus və “Thomson Reuters” indeksli jurnallarda bir sıra əsəsrləri nəşr olunmuşdur. 2 dərslik, 7 dərs vəsaiti, 2 metodik vəsait və 15 fənn proqramı nəşr olunub. UNEC-də 2016/2017-ci tədris ilinin diferensial əməkhaqqı sisteminin reytinq cədvəlində (ilk yüzlükdə) 32-ci yeri, 2022/2023-cü tədris ilində 22-ci yeri, tutmuşdur. “Özünüqiymətləndirmə və keyfiyyətin yüksəldilməsi” şurası tərkibində fəaliyyət göstərən “Keyfiyyət elçiləri”–nin üzvüdür. 2018-ci ildə UNEC, Azərbaycan Əlil Təşkilatları İttifaqı, Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi və Dünya Əngəllilər Vaqfının birgə təşkilatçılığı ilə keçirdiyi “İnklüziv Təhsil” adlı təlimdə iştirak etmiş və sertifikatla təltif olunmuşdur. 2022/2023-cü ildə UNEC-də “SOFT SKİLLS” təlimlərində iştirak etmiş və fərqlənmə sertifikatı qazanmışdır.
Ailəlidir, iki övladı var.
*