Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) altı tələbəsinin adı var:
Prezident təqaüdünə layiq görülən UNEC tələbələri Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alırlar. Onlardan beşi “Maliyyə”, biri isə “Biznesin idarəedilməsi” ixtisaslarına qəbul olan tələbələrdir.
Ötən tədris ilində UNEC-in yalnız bir tələbəsi – Jalə Rəhimova (Maliyyə və mühasibat fakültəsi, 680 bal) Prezident təqaüdünə layiq görülüb. 2014/15-ci tədris ilində də UNEC-in bir tələbəsi Emil Alıyev (Beynəlxalq İqtisadiyyat Məktəbi, 680 bal) Prezident təqaüdü alıb.
Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-ə qəbul olan tələbələrdən 291-i 600-dən yüksək bal toplayıb. Ötən il 600-dən yuxarı bal toplayan tələbələrin sayı 103, 2014/15-ci tədris ilində 93, 2013/14-cü tədris ilində isə 49 olub.