Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi daha bir layihəni reallaşdırıb. Məktəb ingilis dilinin tədrisində yeni interaktiv metodun tətbiqinə başlayıb.
Layihəyə uyğun olaraq, tələbələr tədris edilən mövzuların həyatla əlaqəsini təcrübədən keçirərək, xarici dilin mənimsənilməsinin əsas çətinliklərindən olan “dil baryeri” problemini qısa müddət ərzində həll edə bilirlər.
Beynəlxalq İqtisadiyyat Məktəbinin ingilis dili müəllimi Aynur Mirzəyeva ilk dərs zamanı “İmmiqrantlar“ mövzusunda keçirilən dərs zamanı tələbələrə təqdimat hazırlamaq tapşırığını verib. Təqdimata uyğun olaraq tələbələr ölkəmizdə yaşayan əcnəbilərdən musahibələr göturüblər. Tələbələr tapşırığın öhdəsindən uğurla gəliblər.