1964-cü il iyun ayının 12-də Naxçıvan Muxtar Respubıikasının Şəkərabad kəndində anadan olub.
1971-1981-ci illərdə Şəkərabad kənd məktəbində təhsil alıb.
1981-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. 1986-cı ildə institutu bitirib.
1990-1994-cü ildə Yasamal rayonundakı 199-№ li orta məktəbdə rus dili müəllimi, sinifdən və məktəbdənxaric işlər üzrə təşkilatçı vəzifəsində fəaliyyət göstərib.
*
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Hərbi və Xüsusi İşlər Şöbəsində baş inspektor vəzifəsində işləyib.
1996-2000-ci illərdə “Rus dili” kafedrasında laborant, baş laborant vəzifələrində işləyib.
2000-2002-ci ildə “Rus dili” kafedrasında müəllimə vəzifəsində işləyib.
2002-ci ildən “Rus dili” kafedrasının baş müəllimi olub.
UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.
UNEC-in Tərcümə Mərkəzinin əməkdaşıdır.
Ailəlidir. İki övladı var.