Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov noyabrın 1-də Əmtəəşünaslıq fakültəsinin tələbə və müəllimlərini qəbul edəcək.
Qəbul fərdi qaydada III tədris binasında (akademik Həsən Əliyev küçəsi, 135 A) saat 13:30-da keçiriləcək.
Rektorla görüşmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng vura və ya Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinə (əsas tədris binası, otaq 203) müraciət edə bilərlər.