İlk TEDx UNEC konfransı keçiriləcək

02 NOYABR 2016 | VIEWS:

TEDxUNECNoyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçiriləcək. “Təhsil və elmin vəhdəti” mövzusunda təşkil ediləcək konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb.

Altı aylıq hazırlıq prosesində TED tərəfindən təqdim edilən konfransın təşkili standartları tam formada icra edilib. İlk TEDx UNEC konfransında elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər: UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafayev və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov mövzu ilə bağlı dəyərli fikirlərini paylaşacaqlar.

Artıq 32 ildir ki, dünyada alim, ictimai xadim, sahibkar, biznes nümayəndələri və digər peşə sahiblərinini bir platformada birləşdirən TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. “Bölüşməyə dəyər fikirlər” (Ideas worth spreading) devizli TED təşkilatının lokal cəmiyyətlərdə təbliğinə şərait yaradan TEDx proqramı 2009-cu ildən etibarən bütün dünyanı dolaşmaqdadır. Bu günə qədər planetin yüzlərlə şəhərlərində və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır.

TEDx UNEC konfransında iştirak etmək istəyənlər noyabrın 5-də saat 11:00-da UNEC-in əsas tədris binasına (İstiqlaliyyət küç.,6) dəvət olunurlar.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ankara escort - ucuz uz - Free twitch viewers - vozol