Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 7-8 noyabr tarixlərində Türkiyənin Uludağ Universitetinin dəvəti ilə Bursa şəhərində olub.
Səfər çərçivəsində Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarəedilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramlarının açılması məqsədilə müvafiq müqavilə imzalanıb.
UNEC-in rektoru, həmçinin, Uludağ Universitetinin Türk Ocaqları ilə birgə təşkil etdiyi “Hər il bir böyük türk: Məhəmmədhüseyin Şəhriyar” beynəlxalq elm festivalının açılış mərasimində çıxış edib.
Səfər çərçivəsində Ədalət Muradov Bursada iqtisadiyyat üzrə təhsil alan bir qrup Azərbaycanlı magistr və doktorantlarla da görüşüb və onların akademik karyeralarını UNEC-də davam etdirmək imkanlarını müzakirə edib.