“Elm aylığı” çərçivəsində fakültələrdə dəyirmi masalar keçirilib

10 NOYABR 2016 | VIEWS:

Noyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) Biznes və menecment, İqtisadiyyat, Əmtəəşünaslıq, Texnologiya və dizayn fakültələrində dəyirmi masalar keçirilib. Tədbirlər “Elm aylığı”nın tədbirlər planına uyğun olaraq təşkil olunub.

Biznes və menecment fakültəsində keçirilən tədbirdə dekan dosent Mirağa Əhmədov  “Azərbaycanda innovativ idarəetmə strategiyası” mövzusu ilə çıxış edib. Bildirib ki,  yeni iqtisadi modelin tələbləri ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidə əsaslanır. Bunların arasında təhsil sisteminin təkmilləşdirilməsi zərurəti yaranır ki, burada İKT-nin və virtual təhsilin rolunu artırmaq lazımdır.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri professor Arif Şəkərəliyev çıxış edərək bildirdi ki, son 10 illikdə karbohidrogen ehtiyatların ixracı iqtisadi artımın əsas aparıcı gücü olub. Ancaq indiki iqtisadi inkişafın mərhələsində əsas məsələlərdən biri qeyri-neft sektorunun üstün inkişafına nail olmaq, iqtisadiyyatın effektliyini və rəqabət bacarıqlılığını artırmaq, innovasiya əsasında onun inkişafını təmin etmək lazımdır.

“Menecment” kafedrasının müdiri professor Kamil Şahbazov Azərbaycanın təhsil sistemində aparılan islahatlar, xüsusilə də müasir innovasiyalı menecerlərin hazırlanması sahəsində olan dəyişikliklər dünyanın aparıcı universitetlərinin təcrübəsinin öyrənilməsini tələb etdiyini bildirib.

İqtisadiyyat fakültəsində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin reallaşma mexanizmi” və iqtisadçı alimlərin qarşısında duran vəzifələrinə həsr edilən dəyirmi masada “İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov məruzə ilə çıxış edib. O, strateji yol xəritəsinin Azərbaycanın gələcək inkişaf konsepsiyasının müəyyənləşdirilməsindəki mühüm rolundan danışıb. Müzakirələrdə “Sosial-sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasının müdiri, professor Əli Əlirzayev  bildirib ki, iqtisadçılar strateji yol xəritəsində irəli sürülən müddəalar və prinsiplər əsasında tədqiqatlar aparmalıdır. Ə.Əlirzayev bu məqsədlə konkret istiqamətlər və məqsədli proqramların hazırlanmasının vacibliyini vurğulayıb.

Sonra “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev iqtisadi artımın keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bildirib.

“İqtisadi nəzəriyyə” kafedrasının dosenti Xankişi Xankişiyev və dosent K.Qafarov yol xəritəsinin əməli cəhətdən reallaşdırılması ilə bağlı mülahizələrini qeyd ediblər. Rus İqtisadiyyat Məktəbinin dekanı dosent Mənsur Bərxudarov Strateji yol xəritəsinin hazırlanmasında və onun əməli cəhətdən reallaşdırılmasında nəzəri-metodoloji araşdırmaların aparılmasını və müvafiq konseptual əsasların müəyyənləşdirilməsini vurğulayıb.

Sonda dəyirmi fakültə dekanı dosent Asiman Quliyev yol xəritəsinin iqtisadçılar qarşısında çox mühüm vəzifələr qoyduğunu bildirib.

“Əmtəəşünaslıq” və “Texnologiya və dizayn” fakültələrinin birgə təşkil etdiyi dəyirmi masada “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri professor  Əli Həsənov universitetdə “Elm aylığı” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən və müxtəlif elm sahələri üzrə aparılan diskussiyalardan söz açaraq, tədbirlərin universitetin elmi potensialını üzə çıxarmaqla ondan daha səmərəli faydalanmaq üçün zəmin yaratdığını bildirib.

“Müasir ekoloji şəraitdə Xəzərin vətəgə əhəmiyyətli balıqların qidalanmasında zoobentik orqanizmlərin rolu” mövzusunda çıxış edən “İstehlak mallarının ekspertizası” kafedrasının dosenti Gəray Mirzəyev Xəzərin vətəgə əhəmiyyətli balıqlarının qidalanmasında 10 sistematik qrupa daxil olan zoobentik orqanizmlərin mühüm rol oynadığını qeyd etdi. O, bu qruplar arasında vətəgə əhəmiyyətli balıqların qidalanmasında xüsusi əhəmiyyət kəsb edən molyuskalar və xərçəngkimilərin olduğunu vurğulayaraq, onların bütün dərinliklər üzrə biokütlənin formalaşmasında dominantlıq təşkil edən qruplar hesab edildiyini bildirdi.

“Dünyanın elmi inkişaf tarixində İslam alimlərinin rolu” mövzusunda çıxış edən “Fizika və kimya” kafedrasının müdiri, professor Rövnəq Rzayev isə müasir elm və texnikanın inkişafını əsrlər əvvəl yaşamış müsəlman alimlərsiz təsəvvür etmək mümkün olmadığını bildirərək, orta əsrlərin əvvəllərində Avropada “qaranlıq çağı” hökm sürərkən İslam aləmində elmin sübhü yaşandığını qeyd etdi. Məruzədə orta əsrlərdə müsəlman alimlərinə və onların ayrı-ayrı elm sahələri üzrə bəzi möhtəşəm kəşflərinə nəzər yetirilmişdir.

Dəyirmi masalar müzakirələrlə davam edib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna