Mayın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunda “Təlim festivalı” çərçivəsində nöbəti tədbir baş tutub. Sayca 4-cü olan təlimin mövzusu “Marketinq” olub.
Marketinq üzrə mütəxəssis Ramil Cabbarovun təqdimatında baş tutan təlimdə qlobal və yerli marketinq bazarı barədə ətraflı məlumat verilib. Marketinqin biznes mühitində əhəmiyyətli rolundan bəhs edən R.Cabbarov reklam və PR stratetegiyaları mövzusuna da toxunub. İnteraktiv formada baş tutan təlimdə müştəri məmnuniyyətinin təşkili, reklam sənayesi, brend yaratma, marketinq taktikalarından danışılıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İBİ tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim olunub.