Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) ali orqanının ilk dəfə konfransı keçirilib. Konfransda universitetin fakültə və kafedra rəhbərləri, TEC-in struktur bölmələr üzrə elmi rəhbər və üzvləri iştirak ediblər.
Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova UNEC-in Elmi şurasının qərarı ilə qəbul olunan TEC-in tədbirlər planını konfrans iştirakçılarına təqdim edib. Sənədin əhəmiyyəti barədə çıxış edən UNEC TEC-in elmi rəhbəri, dosent Emin Qəribli cəmiyyətin koordinasiya şurasının yaradılması təklifini irəli sürüb. Sonra tədbirlər planından irəli gələn məsələr barədə müzakirələr aparılıb və təkliflər verilib.