Elmi-tədqiqat yönümlü universitetə çevrilmək iddasında olan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu sahənin inkişafı məqsədilə həyata keçirilən layihələr Radio UNEC-in efirində müzakirə edilib. “Vizyon+” verilişinin qonaqları – Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov və Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elm aylığı” çərçivəsində UNEC-də keçirilən tədbirlərdən və onun əhəmiyyətindən danışıblar.
Verilişin səsyazısını təqdim edirik: