Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənclərin Biznes Məktəbi” adlı təlim keçirilib.
Tədbir UNEC Tələbə Gənclər Təşkilatı (TGT), Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. Layihənin çərçivəsində gənclərə biznes üzrə təlimlərin keçiriləcək, müvafiq qanunvericilik haqqında məlumat veriləcək, biznes layihələrin yazılması və idarə edilməsi izah ediləcək.
*
Təlimdə “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev sahibkarlıq qanunla nəzərdə tutulmuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyət olduğunu qeyd edərək, UNEC tələbələrinə öz bizneslərini qurmaqda tövsiyələrini verib.
Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.