Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi 2016-cı ilin yekun iclasını keçirib. İclasda fakültə sədrləri tədris ilinin II semestri üzrə fakültə daxilində gördükləri işlərin hesabatın veriblər.
Sonda universitet və komitənin ictimai işlərində fərqlənən tələbələr təltif edilib. “İlin fakültəsi” Maliyyə və Mühasibat , “İlin sədri” İqtisadiyyat fakültəsinin sədri Aslan Əzimzadə, “İlin bürosu” nominasiyasına isə Beynəlxalq İqtisadiyyat Məktəbinin fakültə bürosu layiq görülüb. Komitənin fərqlənən bir neçə nümayəndəsinə isə fəxri fərman təqdim edilib.