UNEC rektoru: “Biz Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk”

23 YANVAR 2017 | VIEWS:

Rektor-121

525-ci qəzet

UNEC-İN REKTORU, PROFESSOR ƏDALƏT MURADOV: “BİZ TƏKCƏ SAVADLI, BACARIQLI MÜTƏXƏSSİS YOX, HƏM DƏ AZƏRBAYCANIN GƏLƏCƏYİNİ TƏMİN ETMƏK İQTİDARINDA OLAN VƏTƏNDAŞLAR YETİŞDİRİRİK”

Hər il sessiya dövründə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) imtahanların obyektiv və qüsursuz keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra yeniliklər tətbiq olunub.

2016-2017-ci tədris ilinin qış imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə də mühüm yeniliklər edilib.

Yeniliklərdən biri də sessiyanın sonuna kimi Radio UNEC-in öz efirində qış imtahan sessiyası ilə bağlı proqramlara daha geniş yer ayırmasıdır.

Sessiyanın sonuna kimi QHT nümayəndələri, təhsil ekspertləri və imtahanlara məsul şəxslərlə Radio UNEC-in canlı efirində müzakirələr təşkil olunur, tələbələrin sualları cavablandırılır.

Radio UNEC-in canlı efirinin budəfəki qonağı UNEC-in rektoru, professor Ədalət Muradov olub.

Rektor “UNEC imtahan” verilişində tələbələrin qış imtahan sessiyası ilə bağlı suallarını cavablandırıb.

Tələbələr sərbəst şəkildə, çəkinmədən rektora suallarını ünvanlayıblar.

İMTAHAN SESSİYASINDA ŞƏFFAFLIQ VƏ OBYEKTİVLİK ÖN PLANA ÇƏKİLİR 

Rektor deyib ki, əvvəlki illə müqayisədə bu il imtahanların təşkili mütəşəkkilliyi ilə daha çox seçilir. Ötən sessiyalarda müşahidə edilən neqativlər tam aradan qaldırılıb: “Qeyd edim ki, yazılı və test üsulu ilə keçirilən qış imtahan sessiyasında ümumilikdə 12 min tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 2986 nəfəri I kurs, 2839 nəfəri II kurs, 2878 nəfəri III kurs, 3126 nəfəri IV kurs, qalanları isə növbəti ilə qalan tələbələrdir. İlk dəfə olaraq Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçirilir.

Bizim əsas məqsədimiz tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir. Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir”.

İCTİMAİ İNAMI TƏMİN ETMƏYİN UNEC MODELİ

Qış imtahan sessiyası dövründə tətbiq edilən yeniliklərdən söz açan Ədalət Muradovun sözlərinə görə, bu il ilk dəfə olaraq rektor “Açıq qapı”da tələbə, valideyn və digər vətəndaşların müraciətlərini KİV və ictimaiyyət nümayəndələri ilə birgə dinləyir: “Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər.

Sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq. Anonim sorğu zamanı tələbələr onları narahat edən məsələlər barədə fikirlərini, mülahizələrini bildirəcəklər. Biz tələbəyönümlü universitet formalaşdırmaq istiqamətində işlər görürük. Tələbələrin mövqeyi gələcək işlərimizin təkmilləşdirilməsi baxımından vacibdir.

UNEC-də tətbiq edilən yeniliklərdən biri də “Qaynar xətt” (146-1-3) xidmətinin KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilməsidir. Xidmətə daxil olan bütün müraciətlər KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır. Həmçinin UNEC-in bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində qərargahlar yaradılıb. Qərargahlarda müraciətlər dinlənilir, qarşıya çıxan problemlər operativ araşdırılır”.

Ə.Muradov UNEC-də dərslərin və imtahan sessiyasının ictimaiyyətə açıq olduğunu bir daha xatırladaraq, valideynləri, QHT, KİV və bütün ictimaiyyət nümayəndələrini imtahan prosesini izləməyə dəvət edib: “Universitetdə təhsilin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün sizin rəyiniz bizim üçün çox əhəmiyyətlidir”.

KİTABXANA VƏ OXU ZALLARI AXŞAM SAAT 22:00-DƏK TƏLƏBƏLƏRİN İXTİYARINA VERİLİB

Ə.Muradovun dediyinə görə, sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22:00-dək işləyir. Həmçinin tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb: “Mən düşünürəm ki, UNEC-də kitabxana ilə bağlı həyata keçirdiyimiz tədbirlər lap qısa bir vaxt ərzində öz nəticəsini verəcək. Biz artıq ötən ilin mart ayından elektron kitabxana layihəmizə start vermişik. Tələbələrimiz elektron kitabxana xidmətindən istifadə edirlər. İndi biz kitabxanamızın strukturunun köklü dəyişdirilməsi, kitabxananın hətta şənbə və bazar günləri də fəaliyyət göstərməsinin təşkili istiqamətində işlərimizi davam etdiririk. Düşünürəm ki, yaxın gələcəkdə buna nail olacağıq”.

Tələbələrin UNEC-də pedaqoji fəaliyyətlə məşğul olması ilə bağlı suala cavab olaraq rektor bildirib ki, universitetdə müəllim kimi işləmək üçün ilk növbədə magistr təhsili olmalıdır: “Biz məzunlarımızın UNEC-də pedaqoji fəaliyyətə cəlb olunmasında maraqlıyıq. Mütəmadi olaraq vakant müəllim yerləri barədə elanlar verilir. İşlə bağlı müraciət edən şəxslərlə müvafiq komissiya tərəfindən görüşlər keçirilir, qiymətləndirmə aparılır. Müasir biliklərə yiyələnən, tələbələri sevən və malik olduğu bilikləri onlarla bölüşməyi bacaran insanları işə cəlb edirik”.

TƏLƏBƏ HÜQUQU MÜDAFİƏ OLUNUR

Rektora edilən müraciətlər arasında daha çox test və imtahan suallarının keyfiyyəti, bir qaibla imtahana buraxılma və imtahan nəticələrinə bir balın əlavə edilməsi üstünlük təşkil edib.

Tələbələrin yanlış testlərlə bağlı suallarını dinləyən rektor qeyd edib ki, hər bir yanlış testə görə tələbələrin verdiyi cavab doğru sayılacaq. Ə.Muradov belə hallarla qarşılaşan tələbələri öz hüquqlarını müdafiə etməyə çağırıb: “Mən istəyirəm ki, bizim tələbələrimiz imtahan sessiyasında üzləşdikləri çətinliklər, onları narahat edən problemlər barədə çəkinmədən bizə məlumat versinlər. Haqlarını müdafiə etməyi bacarsınlar. Biz tələbəyönümlü universitet qururuq, tələbələrin hər bir təklifi, narazılığı bizim üçün önəmlidir. Əgər sizin UNEC-də gördüyünüz qüsurlar varsa, tələbənin hüququ pozularsa, yetər ki, bu barədə bizə məlumat verin. Biz tələbənin hüququnu müdafiə etməyə, haqlı olduğu zaman onu dəstəkləməyə hazırıq”.

UNEC-in Zaqatala filialından da müraciətlər daxil olub. Əsasən ixtisasların sayının artırılması ilə bağlı səsləndirilən müraciətlərə cavab olaraq rektor bildirib ki, yeni tədris ilindən filialda turizm və otelçilik ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. Gələcəkdə isə ixtisasların sayının daha da artırılması nəzərdə tutulub. Ə.Muradov Zaqatala filialında tələbələrə təqaüdün verilməsi məsələsinə də toxunub. Rektor vurğulayıb ki, Zaqatala filialında imtahan prosesi başa çatdıqdan sonra nəticələrinə uyğun olaraq tələbələrə təqaüd veriləcək.

UNEC-də TƏRCÜMƏ MƏRKƏZİ 

Rektor dərsliklərlə bağlı sualları da cavablandırıb. Professor qeyd edib ki, UNEC-də Tərcümə Mərkəzi fəaliyyətə başlayıb və yaxın zamanda mərkəz dünyanın nüfuzlu universitetlərinin dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsinə başlayacaq: “Mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda həmin vəsaitlərin dərc olunması, müəllim və tələbələrin yeni iqtisadi ədəbiyyatlarla təmin edilməsi işini də mərkəz həyata keçirəcək. Həmçinin ingilis-Azərbaycan, fransız-Azərbaycan, rus-Azərbaycan, alman-Azərbaycan dillərində iqtisadi lüğətlər tərtib edərək UNEC-in kitab fondunu zənginləşdirəcək. UNEC Tərcümə Mərkəzində tərcümə sahəsinə aid müxtəlif konfransların keçirilməsi, fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyatı qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək də nəzərdə tutulub”.

UNEC-in SƏDASI DAHA MÖTƏBƏR MÖVQELƏRDƏN GƏLƏCƏK 

Rektor vurğulayıb ki, bu gün UNEC-də tələbələri onları narahat edən problemləri rahatlıqla rektorları ilə bölüşə bilirlər: “Bu gün tələbələrimiz öz haqlarını, hüquqlarını müdafiə etməyi bacarırlar. Fikrimcə, bu mənim bir rektor kimi əldə etdiyim ən böyük nailiyyətdir. Sevinirəm ki, rektor kimi tələbələr üçün qorxulu deyiləm. UNEC-in gələcəyi bu gün universitetdə təhsil alan və universitetdən məzun olmuş məzunlardan asılıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu digər universitetlərin məzunlarından nailiyyətlərinə görə seçilirsə, bu bizim uğurumuzdur. Mənim və mənimlə çalışan hər kəsin tək məqsədi UNEC-i dünyanın ən nüfuzlu universitetləri səviyyəsinə qaldırmaqdır. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə UNEC bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. Fikrimcə, Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevirmək üçün yetərincə potensialı var. UNEC ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü universitetlər sırasında 4-cü yerdədir. Bu məni çox sevindirir. İnanıram ki, yaxın illərdə UNEC-in sədası daha mötəbər mövqelərdən gələcək”.

S.QARAYEVA

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna