UNEC-in “Xarici dillər” kafedrasında elmi-metodoloji seminarlar davam edir. Seminarların məqsədi ingilis dilinin tədrisi metodikasına elmi yanaşmanı təmin etmək və müasir metodoloji araşdırmaları tədqiq etməkdir.
Yanvarın 25-də keçirilən növbəti elmi-metodoloji seminarda kafedranın baş müəllimi Səbinə Məmmədova “Konflikt” mövzusunda təqdimatla çıxış edib.
S.Məmmədova menecment sahəsində konfliktləri real keyslər üzərindən təqdim edib. Seminarda lüğət, yeni sözlər, izahat, tapşırıq, qrup işi vasitələrindən istifadə olunub. “Reading” prosesində konfliktlərə səbəb olan pozitiv və neqativ amillər mətnlərdə öz əksini tapıb. “Case Study” adlı qrup işində interaktiv metodların istifadəsi nümayiş olunub. S.Məmmədovanın təqdimatında təcrübənin həyata keçirilməsi forması da öz əksini tapıb və mövzuya uyğun qrup işi aparılıb.
Sonda S.Məmmədova həmkarlarının suallarını cavablandırıb.