UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Aktual iqtisadiyyat: Qlobal çağırışlarda Avrasiya müzakirəsi (ACE.EA-17)” mövzusuna həsr edilən beynəlxalq konfransda iştirak edib.
UNEC-in professoru konfransda “İnnovativ iqtisadi inkişafda universitetlərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, “UNEC-də elm, təhsil və innovasiya” üçlüyünə keçid ətrafında geniş açıqlamalar verib. Mövzu ilə bağlı yerli və xarici ekspertlərin suallarını cavablandırıb.
Konfransın məqsədi iqtisadi və sosial sahələrdə gələcək araşdırmaların inkişafı üçün alimlər və praktiklər arasında informasiya və şəbəkə mübadiləsinin asanlaşdırılması, aktual sosial-iqtisadi problemlərin həllinin axtarılması, qloballaşma və post-sənayeləşmə problemlərinin həlli üçün adekvat cavab tədbirlərinin görülməsidir.