UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

30 YANVAR 2017 | VIEWS:

Yanvarın 30-da UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransdan öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər.

UNEC-in ev sahibliyi etdiyi konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, UNEC-in rektoru, professor Ədalət Muradov,  AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova ilə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edirlər.

İki gün davam edəcək konfransda “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

“Təhsilin sosial-iqtisadi inkişafda rolu” beynəlxalq elmi-praktiki konfransının proqramı ilə buradan tanış ola bilərsiniz.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ankara escort - ucuz uz - Free twitch viewers - vozol