Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və ittifaqın fəal tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə adlı təqaüdü proqramının qalibi olan UNEC-in magistr və tələbələri də iştirak edib.
AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev müasir dünyada elm, təhsil, mədəniyyət və idmanın mühüm rolundan danışıb, ölkə başçısının bu sahələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub.
Sonra UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbələri İlkan Əliyev, Əhliman Xəlilov, Samirə Əlizadə, İqtisadiyyat fakültəsindən Üsüfli Nəzrin və magistr Nərgiz Tahirovaya təqaüdlər təqdim olunub.