Şuşa Dövlət Musiqili Dram Teatrı UNEC-də “Dələduz” tamaşasını nümayiş etdirib.
Nəcəf bəy Vəzirovun “Dələduz” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada əməkdar artistlər Şükufə Musayeva, Nazir Rüstəmov aktyorlardan Teymur Məmmədov, Rasəf Mehdiyev, Məmməd Məmmədov və digərləri iştirak ediblər.
Fransız ədəbiyyatından götürülən “Vəkil Patelen” vodevilindən məzhəkə janrında iqtibas və təbdil edilən komediya UNEC tələbələrinin marağına səbəb olub.