UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) İsveçrə səfirliyinin birinci katibi Simone Haeberli və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SECO) nümayəndələri ilə görüş keçirilib.
İAETİ-nin direktoru, professor Yadulla Həsənli UNEC-də həyata keçirilən yeniliklərdən, o cümlədən elmi-tədqiqat yönümlü universitet olmaq yolunda reallaşdırılan layihələr haqqında qonaqlara məlumat verib. Y.Həsənli eyni zamanda İnstitutun elmi potensialından söz açıb, apardığı tədqiqat və maraq göstərdiyi araşdırma sahələrindən bəhs edib.
Sonda UNEC-lə SECO arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilərək, İsveçrənin aidyyatı institutları ilə birgə tədqiqatların aparılması imkanları nəzərdən keçirilib.