UNEC-də konfrans: “Milli qurtuluşa aparan yol”

13 İYUN 2017 | VIEWS:

İyunun 13-də UNEC-də Milli Qurutuluş Gününə həsr edilən “Milli Qurtuluş Azərbaycanın xilas tarixidir” adlı konfrans keçirilib.

Konfransdan öncə UNEC kollektivi və YAP-a yeni üzv olan tələbələr Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək əklil qoyub, onun xatirəsini ehtiramla yad ediblər. Sonra UNEC-in foyesində ucaldılan Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Azərbaycan dövlət himni səsləndirildikdən sonra UNEC-in professor-müəllim heyətinin Ulu öndərlə bağlı xatirələrinin əks edildiyi videorolik nümayiş etdirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov Milli Qurtuluş Gününün milli məfkurəmizdəki yerindən və mövqeyindən bəhs edib. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yox olma təhlükəsindən xilas edib.

Ulu öndərin həyata keçirdiyi strategiyanın ölkə başçısı cənab İlham Əliev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor bu günkü Azərbaycanın stabil, dinamik inkişafından söz açıb. Azərbaycan iqtisadiyyatı və təhsilində qazanılan nailiyyətlərdən danışıb. Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə Azərbaycan Dövlət İqtisad Universiteti qarşısına qoyduğu vəzifələrə diqqət çəkən rektor, bu gün  Ulu öndərin tövsiyələrinin uğurla icra edildiyini bildirib: “Ulu öndərin qarşımıza qoyduğu vəzifələri fəaliyyətimizin prioritet istiqmətləri olaraq müəyyən etmişik. Bu vəzifəni yerinə yetirmək üçün hər gün daha çox çalışar, Ümumilli liderin ümidlərini layiqincə doğrultmağı özümüzə şərəf bilirik”.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən olan Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir. Ulu öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi və əhatəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanın düşmüş olduğu bəlalardan xilas edib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

E.Əzizov çıxışında UNEC-də həyata keçirilən yeniliklərdən də söz açıb. Son illər universitetdə bir-birindən uğurlu layihələrin icra edildiyini bildirərək, “artıq təşəbbüslər UNEC-də normala çevrilib”, deyə bildirib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı bu münasəbətlə UNEC rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edib.

Sonra YAP sıralarına qəbul olunan 100 UNEC əməkdaşı və tələbəsinə üzvlük vəsiqələri təqdim edilib. 100 əməkdaş və tələbənin isə partiya sıralarına qəbul olunmaq üçün müraciətləri təmin edilib.

Tədbir UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna