Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əlilliyi olan Tələbələr üçün Mərkəz yaradılıb.
Mərkəzin əsas məqsədi əlil tələbələrin təhsil imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya edilməsindən ibarətdir. Mərkəz fiziki məhdudiyyətli insanların ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırlması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirəcək. Həmçinin, eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi və cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması ilə məşğul olacaq.
Mərkəz “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” adlı TEMPUS (ESFİDİP) Layihəsi çərçivəsində yaradılıb vəfəaliyyəti müxtəlif ianələr, proqramlar və layihələr tərəfindən də dəstəklənir.