Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Qida məhsulları texnologiyası kafedrasının dosenti Elza Omarova Belarus Mogilyov Ərzaq Universitetində “Qida məhsullarının texnologiyası və texnikası” mövzusunda keçirilən X Beynəlxalq elmi-texniki konfransında iştirak edib.
Konfransda müxtəlif sahələr üzrə elmi-tədqiqat işləri müzakirə edilib. E.Omarova müxtəlif qida məhsullarının texnoloji tərkib xüsusiyyətlərinin tədqiqi, texnoloji proseslərin istehsal texnologiyasının təkmilləşdirilməsi, qida məhsullarının yeni texnologiyalarının işlənilməsi, rasional qida problemı, qida məhsullarının bioloji dəyərliliyi və onun artırılması yolları mövzusunda müzakirələrdə iştirak edib. Konfransda fəal iştirakına görə xüsusi diploma layiq görülüb.
Konfransda həmçinin K.Q.Razumovskiy adına Moskva Dövlət İdarəetmə və Texnologiya Universiteti, Yaponiya Azabu Universiteti, Moldova Texniki İnstitutu, V.M.Qorbatov adına ət sənayesi üzrə Ümumrusiya elmi-tədqiqat İnstitutu,Yanki Kupalı adına Qrodnı Dövlət Universiteti və başqaları iştirak edib.