ADİU-nun Karyera Mərkəzinin direktoru Fuad Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsi

22 İYUN 2015 | VIEWS:

ADİU: İxtisaslı mütəxəssislərin hazırlanmasında uğurlar

fuad11Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyası, hər şeydən öncə, təhsildə ənənə və müasirliyin üzvi vəhdətinin təmin olunması və Azərbaycan təhsilinin dünya təhsil sistemi standartlarına uyğunlaşdırılması prinsiplərinə söykənir.

Hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilin və xüsusilə də ali təhsilin inkişafına göstərilən diqqət və qayğı yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli uğurların əldə olunmasına imkan vermişdir. Universitet olaraq, biz də fəaliyyətimizi “Azərbaycan–2020: gələcəyə baxış” Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq tələbləri əsasında qurmağa çalışırıq.

Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) tədris olunan ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarına iqtisadiyyatın dinamik inkişafına cavab verən, hərtərəfli kamil, rəqabətyönümlü yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində uğurlu layihələrə imza atır.

Belə ki, 2014-2015-ci tədris ilində ADİU-nun Karyera Mərkəzi çoxsaylı layihələr həyata keçirdi və müxtəlif təşkilatlarla işgüzar əlaqələr qurdu.

Bu tədris ilində ADİU ilə Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalandı. TUSİAB-la da qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinə kadr hazırlığı, birgə elmi simpozium, forum və konfransların təşkili, o cümlədən dərs vəsaitlərinin hazırlanması, tələbələrin istehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin edilməsinə yardım göstərilməsi, ADİU-nun İnnovativ Biznes İnkubatoru ilə birgə layihələr (startaplar) təşkil edilməsi daxildir.

Analoji müqavilə ADİU ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında da imzalandı. Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Artıq bir neçə ildir Karyera Mərkəzi PAŞA Həyat Sığorta Şirkəti ilə birlikdə universitetin tələbə və magistrları üçün “Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlimlər keçirir. Təlim şirkətin rəhbər işçiləri və aparıcı mütəxəssisləri tərəfindən aparılır. Təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığorta sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır. Təlimlərin nəticəsi olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan tələbə və magistrlər gələcəkdə PAŞA Həyat Sığorta ASC-də uzunmüddətli təcrübə keçmək şansı da əldə edəcəklər.

Karyera Mərkəzinin təşkilatçılığı ilə “Azərsun” Holdinqin İşə qəbul və Marketinq qrupunun əməkdaşları tərəfindən tələbələr üçün seminar keçirilib. Seminar zamanı tələbələrə CV yazma üsulları, müsahibədə davranış qaydaları və müsabiqəyə psixoloji hazırlıq barədə məsləhətlər verilib. Bundan başqa, şirkətin marketinq qrupunun rəhbəri tərəfindən holdinqdə tətbiq olunan müxtəlif marketinq metod və strategiyaları barədə məlumat verilib, əyani olaraq seminar iştirakçılarına nümayiş etdirilib.

Univeristetimiz beynəlxalq audit şirkətlərindən biri olan “Deloitte” şirkəti ilə də aktiv əməkdaşlıq edir. Belə ki, Karyera Mərkəzində “Deloitte” şirkətinin dəstəyi ilə “Maliyyə hesabatlarının hazırlanması üçün effektiv vasitələr” mövzusunda təlim keçirilib. Şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlərdə tələbələrə və universitetin əməkdaşlarına maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Microsoft Excel proqramının peşəkar səviyyədə tətbiqi, modulların hazırlanması və mürəkkəb formulaların tərtib edilməsi öyrədilib.

ADİU ilə “Bank of Baku” arasında da korporativ görüş keçirilib. Görüşlərin əsas məqsədi ali təhsil müəssisəsi ilə bank arasında ikitərəfli münasibətləri genişləndirmək, tələbə və müəllimlərin bank sektorundakı praktiki biliklərini artırmağa dəstək vermək olub. Bu cür əməkdaşlıqlar korporativ sektorla münasibətlərin gücləndirilməsi və tələbələrin əmək bazarında layiqli mövqe tutmasına təkan verir. Burada əsasən tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnməsində bankın dəstəyindən istifadə olunur. ADİU-da hazırlanan kadrların bazarın tələblərinə tam uyğun olması  məqsədilə bank tərəfindən universitetin 5 tələbəsi üçün təqaüd proqramı tətbiq olunub. Təqaüd alan beş tələbə, eyni zamanda, bankda təcrübə keçmək imkanı əldə edib. Əməkdaşlıq çərçivəsində universitetdə “Bank of Baku”nun tədris laboratoriyası da açılıb.

Maliyyə sisteminin mühüm sahəsi olan Qiymətli kağızlar bazarı dövlətin hər zaman diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı qəbul edilib. Proqram çərçivəsində ADİU ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. Müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Bu məqsədlə komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edib.

Təlimlərdən başqa, memorandum çərçivəsində ADİU-nun 30 tələbəsi QKDK-də istehsalat təcrübəsi keçib. Növbəti mərhələdə isə elçilərin (Kapital bazarının bələdçiləri) seçilməsinə başlanılacaq. Elçilər yüksək nəticə göstərən tələbələr arasından seçiləcək və onlara öyrəndiklərini tətbiq etmək imkanı yaradılacaq. Sonuncu mərhələdə isə yüksək nəticə göstərən tələbələr QKDK-nın funksional şöbələrində, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasında, broker şirkətlərində iş təcrübəsinə cəlb ediləcəklər. Proqramı uğurla başa vuran tələbələr əmək bazarında əvəzolunmaz kadrlar olacaqdır.

Bu tədris ilində əməkdaşlıq etdiyimiz qurumlar arasında Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi də vardır. Belə ki, əməkdaşlıq çərçivəsində agentliyin mütəxəssisləri universitetin bütün fakültələrinin tələbələri üçün təlim keçirmişdir.

Ən son uğurlarımızdan biri də Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin “Paşa Bank” və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə keçirdiyi “Banklar Fəaliyyətdə 2015” proqramı çərçivəsində universitetimizin 11 tələbəsinin seçim mərhələsini müvəffəqiyyətlə başa vuraraq proqramın qalibi olmasıdır. Bu proqram tələbələrimizin karyera inkişafında çox mühüm rol oynayan layihələrdən  biridir. “Banklar Fəaliyyətdə 2015” proqramı bank sisteminin əsasları, praktiki təcrübə və peşəkar inkişaf təlimləri əsasında təşkil olunub. Proqramın məqsədi iştirakçılara peşəkar təlim proqramları, simulyasiya oyunu və ekspert məruzələri vasitəsi ilə bank sektorunun prinsiplərini öyrətmək, maliyyə strukturu, bank sistemində mövcud risklər və onların idarə edilməsi mexanizmləri ilə tanış etməkdir. Bu cür əməkdaşlıqlar korporativ sektorla münasibətlərin gücləndirilməsi, tələbə və məzunların əmək bazarında layiqli mövqe tutmasına təkan verəcəkdir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - vozol - Betosfer - instagram video downloader - aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle - marsbahis -

Venusbet

-

marsbahis giriş

-

Loodgieter Den Haag

-

sahabet güncel giriş

- onwin güncel giriş - tiktok takipçi satın al