Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında yeni Qaydalar 

1. Bu Qaydalar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın müvafiq bəndlərinə əsasən UNEC-də təhsilalanların akademik məzuniyyətdən qayıtma və bərpa olma ilə bağlı məsələlərini tənzimləyir.

2. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.4, 5.2 maddələrinə əsasən akademik məzuniyyətdən qayıdan təhsilalanların bərpası akademik məzuniyyətin müddəti bitdikdən sonra növbəti semestrədək, 1.4 və 4.1 maddələrinə əsasən xaric olan təhsilalanların bərpası isə 15 il müddətində bir semestrdən sonra qış və yay tətili dövründə həyata keçirilir.

3. Akademik məzuniyyətdən qayıdan və ya xaric olan təhsilalanlar bərpa üçün fevral və sentyabr ayının 3-dək (qeyri-iş günləri nəzərə alınmaqla) ərizə ilə müraciət etməlidirlər:

a) Təhsilalanlar akademik məzuniyyətin müddəti bitdikdən sonra bərpa olmaları ilə əlaqədar UNEC rektorunun adına ərizə ilə təhsil alacaqları müvafiq fakültə, məktəb və mərkəzə müraciət etməlidirlər.

b) Xaric olan təhsilalanlar bərpa olmaları ilə əlaqədar universitetin Ümumi şöbəsinə UNEC rektorunun adına ərizə ilə müraciət etməlidirlər. Universitetdən 2015-ci ildən əvvəl xaric olan təhsilalanlar müraciətlərini “Arxiv arayışı” (oxuduğu dövrdə aldığı qiymətlər göstərilməklə) haqqıda sənədlə birgə təqdim etməlidirlər.

4. Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların bərpası ilə bağlı sənədlər (fakültə, məktəb və mərkəz tərəfindən UNEC rektoruna ünvanlanan təqdimatlar, əmrlər) bütün hallarda universitetin müvafiq strukturları – Tədris Metodiki Mərkəz, Maliyyə və təminat departamenti, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzi, Hərbi və xüsusi şöbə, Hüquq şöbəsi, Əsaslı kitabxana, Daxili audit şöbəsi, Tədris və təlim texnologiyaları üzrə prorektor və Ümumi şöbə ilə razılaşdırılmalıdır.

*

*

*
5. Təhsilalanların ixtisası üzrə UNEC-də kadr hazırlığı aparılmadığı halda onlar bərpa olunmaları ilə əlaqədar yanvar və avqust aylarının 15-dək (qeyri-iş günləri nəzərə alınmaqla) Ümumi şöbəyə UNEC rektorunun adına ərizə ilə müraciət etməlidirlər. Təhsilalanın bərpa olunacağı ixtisasının adı AR Nazirlər Kabinetinin Qərarına əsasən təsdiqlənmiş ixtisasların təsnifatına uyğun olaraq dəqiqləşdirildikdən sonra təhsilalanların bərpası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktubla müraciət olunur. Təhsilalanlar ərizə ilə yanvar və avqust ayının 15-dən gec müraciət edərlərsə və yaxud bərpa proseduru UNEC-dən asılı olmayan səbəblərdən uzanarsa, təhsilalanların bərpası növbəti tətil dövründə həyata keçirilə bilər.

6. Təhsilalanların köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin transfer.edu.az portalının imtahan sessiyası başa çatdıqdan sonra məhdud vaxtda fəaliyyət göstər. Bunu nəzərə alaraq fakültə, məktəb və mərkəz rəhbərləri fevral ayının 3-nə və iyul ayının 5-dək köçürülmələri ilə bağlı müraciət edəcək təhsilalanların bərpa olmaları ilə əlaqədar (qeyri-iş günləri nəzərə alınmaqla) ümumiləşdirilmiş təqdimatla UNEC rektoruna müraciət etməlidirlər.

7. Mübadilə proqramında iştirak edəcək təhsilalanlara akademik məzuniyyətin verilməsi ilə əlaqədar müvafiq fakültə, məktəb və mərkəz rəhbərləri yanvar və iyun ayının 15-dək (qeyri-iş günləri nəzərə alınmaqla) ümumiləşdirilmiş təqdimatla UNEC rektoruna müraciət etməlidirlər.

8. Mübadilə proqramında iştirak edəcək təhsilalanlar aşağıdakı sənədləri təqdim etməlidirlər.

a) Müvafiq xarici universitetlərdən daxil olmuş dəvətnamə;

b) “Tədris razılıği” (Learning agreement) haqqında sənəd;

c) UNEC-in Beynəlxalq əməkdaşlıq departamenti “UNEC tələbələrinin, professor-müəllim heyətinin və əməkdaşlarının beynəlxalq akademik mobilliyi haqqında Qaydalar”ın tələblərinə uyğun müsabiqə nəticələri haqqındakı sənədin surəti.

9. Mübadilə proqramları çərçivəsində akademik məzuniyyətin verilməsi və bərpa haqqında təqdimatlar Beynəlxalq əməkdaşlıq departamentinin direktoru ilə razılaşdırılmalıdır.

10. Mübadilə proqramından qayıdan təhsilalanların bərpası ilə əlaqədar fakültə, məktəb və mərkəz rəhbərləri fevral ayının 3-ə və iyul ayının 5-dək (qeyri iş günləri nəzərə alınmaqla) yay məktəbinin və ya payız semestrinin başlanmasına qədər ümumiləşdirilmiş təqdimatla UNEC rektoruna müraciət etməlidirlər.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser