babekZaqatala İqtisad Məktəbinin rəhbəri
Alıyev Babək Rasim oğlu

[email protected]

Тelefon: +(994) 24-22-5-30-56

1991-ci ildə Şəki Rayonunun Oxud kəndində anadan olmuşdur.

1997-2008-ci illərdə Oxud kənd Nurpaşa Hümmətov adına tam orta məktəbini bitirmişdir.

2008-2014-cü illərdə Türkiyə Respublikası Süleyman Demirel Universiteti İqtisadiyyat və idari elmlər fakültəsinin, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalavr təhsili almışdır.

2014-2015- ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2015-2017-ci illərdə Türkiyə Respublikası Süleyman Demirel Universiteti Sosyal elmlər institunuda “Dövlət qulluğunun təşkili və idarəedilməsi” ixtisası üzrə magistr təhsili almışdır.

   *
İş təcrübəsi:

2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Zaqatala flialında müəllim kimi fəaliyyətə başlamışdır.

2017-2018-ci illərdə Filial üzrə imtahan komissiyasının üzvü, 2019-2020-ci illərdə imtahanların aparılması üzrə məsul şəxs vəzifələrini icra etmişdir.

21.01.2020-ci il tarixində UNEC Zaqatala Filialı, Zaqatala İqtisad Məktəbinin rəhbəri vəzifəsinə təyin edilmişdir.

ZİM, İqtisadiyyat və idarəetmə kafedrasının 0,5 ştat müəllimidir.  

Tədris etdiyi fənlər: İdarəetmə təhlili, Dövlətin iqtisadi siyasəti, Firmanın iqtisadiyyatı, Azərbaycan iqtisadiyyatı,

Elmi fəaliyyət: İnsan kapitalı, Rəqəmsal iqtisadiyyat və Azərbaycan iqtisadiyyatı haqda 8 dən çox elmi məqalənin müəllifidir.

Bildiyi xarici dillər: Türk dili (əla), İngilis dili (orta), Rus dili (orta)

Ailə vəziyyəti: 2018-ci ildən ailəlidir. Bir övladı var.