xatai_aliyev_beynelxalq_ingilis-8618i.f.d., b/m. Alıyev Xətai Şahin oğlu

14 iyul 1989-cu ildə Bakı şəhərində anadan olub.

2005-ci ildə Tovuz rayonu, V.Kazımov adına Çobansıxnaq kənd orta məktəbini bitirmiş, həmin il Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul olub. 2010-cu ildə bakalavr təhsilini bitirdikdən sonra, 2012-2014-cü illərdə Şimali Kipr Türk Cümhuriyyətinin Şərqi Aralıq Dənizi universitetində (Eastern Mediterranean University) iqtisadiyyat ixtisası üzrə magistratura təhsili almışdır.

2016-2017-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya (5302.01) ixtisası üzrə dissertantura təhsili bitirərək 2017-ci il dekabın 25-də “Büdcə siyasətinin effektivliyinin ekonometrik təhlili” mövzusunda dissertasiya işini müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 2014-cü ildə Qafqaz Universitetində başlamışdır. Sonrakı illərdə Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmışdır. Hazırda, hər iki universitetdə müəllim kimi elmi fəaliyyətini davam etdirir.

2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)” kafedrasının müəllimi və həmin ilin dekabrından UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktorudur.

1 kitab və 42 elmi məqalənin müəllifidir. Məqalələrin 16-cı nüfuzlu SCOPUS beynəlxalq məlumat bazasında indekslənən jurnallarda dərc olunub.

Elmi tədqiqatların aparılması və sorğuların keçirilməsi məqsədilə yaradılan ASERC MMC-nin ideya müəllifi və həmtəsisçisidir. ASERC nəzdindəki ASERC Journal of Socio-Economic Studies beynəlxalq elmi jurnalının yaradılması təşəbbüsünün müəllifi və köməkçi redaktorudur.

Müxtəlif beynəlxalq layihə və mübadilə proqramları vasitəsilə ABŞ, Fransa, İtaliya, Türkiyə, Macarıstan kimi ölkələrdə elmi-pedaqoji fəaliyyət göstərib.

Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının baş müəllimidir.