Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fuad Mirişlinin “Dünya iqtisadiyyatı” dərsliyi Azərbaycan dilinə tərcümə edilib.
Dərsliyi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, İctimai Elmlər və İnformasiya İnnovasiyaları Beynəlxalq Akademiyasının müxbir üzvü, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev tərcümə edib.
“Dünya iqtisadiyyatı” dərsliyinin özəlliyi xüsusi olaraq Azərbaycana aid materiallarla zənginliyidir. Bu, ilk Azərbaycan üçün yazılmış “Dünya İqtisadiyyatı” dərsliyidir. Kitabda Rusiya haqqında heç bir məlumat olmamasına və tamamilə Azərbaycandan bəhs etməsinə baxmayaraq, Rusiya Təhsil Nazirliyi tərəfindən dərslik statusu verilib. Dərslik ilk dəfə Moskvada, sonra isə UNEC-in nəşriyyatında çap edilib.
Dərsliyin müqəddiməsi “Azərbaycan dünyanın unikal ölkəsidir” adlanır.